Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / “Terrorizm və Dini Radikalizmə qarşı” daha bir tədbir keçirildi

“Terrorizm və Dini Radikalizmə qarşı” daha bir tədbir keçirildi

25-26 noyabr 2016-cı ildə “Polisə Dəstək” İB Lənkəran Dövlət Universitetinin geniş akt zalında Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Dini radikalizm və Terrorizmə qarşı təşəbbüslər” mövzusunda Masallı və Lənkəran polis şöbələrinin müvafiq sahələri üzrə əməkdaşlarının, ictimai şuraların ictimaiyyətin polislə bərabər çalışdığı nümayəndələrin (ictimai polis), Lənkəran Dövlət Universitetinin pedoqoji və tələblərinin, Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə geniş seminar-mühazirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin prorektoru Ağazadə Yədulla terrorizm və dini radikalizmə qarşı mübarizədə gənclərin iştirakını vəzifə kimi diqqətə çatdırmış, təhlükəsiz bir cəmiyyətin davamlı olmasında hər bir vətəndaşın ayıq və sayıq olmasını vurğulamışdır.
Sonra layihə ətrafında “Polisə Dəstək” İB-nin sədri Şəmsəddin Əliyev iştirakçılara geniş məlumat vermiş, əhali arasında vahimə və beynəlxalq aləmdə sülhə təhlükə yaradan, ümumilikdə insanlıq əleyhinə olan xüsusilə ağır və amansızlığı ilə seçilən bu cinayətləri doğuran səbəb və şəraitdən, onların qarşısını almaq üçün vətəndaşların seyrçi mövqedən uzaqlaşaraq yaxından iştirakının vacibliyini önə çəkmişdir. “Azərbaycan dövlətinin Terrorizmə, Dini Radikalizmə və Soyqırıma qarşı” mübarizə siyasətinin formalaşdırılmasında, onun həyata keçirilməsində biz vətəndaşların iştirakı çox vacibdir. Son zamanlar Suriya və İraqdan sıxışdırılan “Qaidə” şəbəkəsinin özünə yeni, dinc məkan axtarışı, Azərbaycanın rayonlarından müxtəlif təriqətli şübhəli şəxslərin paytaxt Bakıya axını ölkədəki sabitliyin pozulmasına təsir edəcək şəraitə qarşı çıxmağı hamımız konstitusion borc kimi qəbul etməliyik!” – deyə Ş. Əliyev məruzəsinə yekun vurmuşdur.

she1
Sonra Lənkəran r-n polis şöbəsinin əməkdaşı, polis mayoru Adıgözəlov Kamaləddin, Masallı r-n polis şöbəsinin əməkdaşı, polis mayoru Rəhim İbrahimov, Lənkəran Dövlət Universitetinin dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru İdrak Əhmədov mövzu ilə bağlı çıxış edərək hüquqi dövlətin, vətəndaş cəmiyyətinin mərkəzi fiquru kimi hər bir fərdin bu istiqamətdə bacarığını əsirgəməməsini diqqətə çatdırmışlar.
Sonda verilən suallar cavablandırılmış və QHT Şurasının maliyyə dəstəyi ilə çapdan çıxmış “Terrorizm – XXI əsrin müharibəsi” kitabının Lənkəran Dövlət Univeritetində təqdimatı keçirilmiş, layihə üzrə müzakirənin gənclər üçün faydalı olacağına ümid edilmişdir.

she2
“Polisə Dəstək” İB-nin
Mətbuat xidməti

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın