Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Telli Borçalı özündən çıxdı: “Boş-boş danışmayın”

Telli Borçalı özündən çıxdı: “Boş-boş danışmayın”

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Nəzakət Qaziyev “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda tədbirdə çıxışı zamanı bir sıra ifaçıların televiziya verilişlərində danışarkən, ədəbi dilin ormalarına riayət etmədiklərini söyləyib.
“Məsələn, aşıq Telli Borçalı “mənə” sözü əvəzinə “mana” deyir, aşıq Əli “nöşün” və s. Muğam ifaçısı Elnarə Abdullayeva bəzi ifalarında “qadoy alım” sözünü işlədir. Eyyub Yaqubov Bakı şivəsində olan sözlərdən çox istifadə edir. İlqar Sailin də ifasında şivə və dialekt müşahidə olunur. Məsələn: “təsviri qoy kənarə”, “qədeş”, – deyə qurum rəsmisi bildirib.
Bununla bağlı aşıq Telli Borçalı ilə əlaqə saxladıq. Sənətçi Qaynarinfo-ya açıqlamasında sözügedən məsələyə sərt reaksiya verərək, “Əşi belə boş-boş şeyləri danışmayın e siz allah. Eh…”, – deyib telefonu söndürdü.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …