Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Telefonlar kəsildi, işıqlar söndü: qarın fəsadları -VİDEO

Telefonlar kəsildi, işıqlar söndü: qarın fəsadları -VİDEO

Ağaclar aşdı, elektrik naqilləri qırıldı, telefon əlaqələri kəsildi, yollar bağlandı.
 
Şamaxıda güclü külək fəsadlara yol açıb. Bəzi ərazilərə elektrik verilişi müvəqqəti dayanıb. Müəyyən vaxtlarda gediş-gəlişdə problem yaşanıb. Əlaqədar qurumlar dərhal hərəkətə keçib. Fəsadların nəticələri aradan qaldırılır.
Dünən gecə Şamaxıda başlayan güclü külək nəticəsində 3 ağac aşıb. Aşan ağacların yolun üzərinə düşməsi problemlərə yol açıb. Bəzi ərazilərdə elektirik naqilləri və telefon xətləri qırılıb. Nəticədə həmin ərazilərə elektrik enerjisinin verilişində və telefon rabitəsində müvəqqəti fasilələr yaranıb.
Şəhərdə küləyin vurduğu fəsadların aradan qaldırlması yönündə işlər aparılır.
Küləyin ardınca isə güclü qar yağıb. Pirquluda qarın qalınlığı 15-20 santimetrə çatıb. Avtomobillərin intensiv hərəkətinin təmin edilməsi üçün yollarda təmizlik işləri aparılıb. Şəhər ərazisində gediş-gəlişdə problemin yaşanmadığı bildirilir. (Region TV)
 
 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın