Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / Tanınmış teleaparıcıdan 20 yanvarla bağlı təsirli təşəbbüs – FOTOLAR

Tanınmış teleaparıcıdan 20 yanvarla bağlı təsirli təşəbbüs – FOTOLAR

Ölkə başçısının 20 yanvar hadisəsinin xüsusi qeyd olunması göstərişi iləbağlı bir neçə silsilə tədbirlər həyata keçirildi.

Artıq illərdir ki, torpaqlarımızın 20 faizi işğal altında olmasını təəssüf hissi ilə vurğulayan teleaparıcı, “Xəzərin sahilində” verilişinin müəllif və aparıcısı Fəxriyyə Lilpar Şuşanın simvolu sayılan Xarı bülbülü əks etdirən əlbisə ilə  fotosessiya edib.

“Bakımız günü gündən abadlaşır, müasirləşir və gözəlləşir. Yenicə salınmış mərkəzi kücələrimizdə Qış parkını seçməmiz əbəs yerə deyil. Belə ki, müasirləşən həyat tərzini keçmişin fonunda yaşatmalıyıq. Tarixi zəngin ölkəmizin inkişaf edən müasirlik ənənəsində keçmişimizi, qanlı tariximizi, işğal altında olan torpaqlarımızı mənsub olduğumuz peşəmiz vasitəsilə unutmayaq, əksinə təbliğ edək. Hər bir kəs öz işi, mövqeyi və xidməti ilə ölkəsinin tarixini yaşatmalı, adını uca tutmalı, kiçik də olsa əlindən gələni əsirgəməməlidir”-  deyə Fəxriyyə Lilpar qeyd edib.

Xatırladaq ki, Xarı bülbül adlı əlbisə tanınmış modelyer, ölkəni xarici podiumlarda yüksək formada təqdim edən modelyer Yeganə Sadıxovaya, verilən imic isə peşəkar vizajist Xəyalə Əliyevaya məxsusdur.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …