Şənbə , Yanvar 23 2021
Ana səhifə / Şou Biznes / Tanınmış aparıcı “AAAF Park”ı ifşa etdi – “Dələduzluqla məşğuldurlar”

Tanınmış aparıcı “AAAF Park”ı ifşa etdi – “Dələduzluqla məşğuldurlar”

“AAAF Park”la bağlı qalmaqallar bitmək bilmir. Son zamanlar ciddi problemlər yaşayan, ağır şikayətlərə, ittihamlara məruz qalan şirkət, bu dəfə tanınmış aparıcı Aynur Talıbova tərəfindən ifşa edilib.
Məlumat üçün bildirək ki, sentyabrın 4-də Abşeron rayonu, Xırdalan şəhərində salınan “AAAF Park” Yaşayış Kompleksində bəzi binalarda prezident İlham Əliyevin göstərişinin əksinə olaraq, 2 binanın yanmasına, 16 insanın ölümünə, onlarla insanın yaralanmasına səbəb olan penoplast materialından hələ də istifadə olunması ilə bağlı xəbər verilmişdi.

Xəbər sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilib və şirkətlə bağlı ciddi şikayətlər, narazılıqlar səsləndirilib.

Azinforum.az  xəbər verir ki, şirkətin fəaliyyətindən şikayətçi olanlardan biri də tanınmış aparıcı Aynur Talıbova olub.

O, öz səhifəsində paylaşdığı yazıda “AAAF Park”-ın öz müştərilərini aldatdığını, dələduzluqla məşğul olduğunu yazıb:
“AAAF PARK reklam büdcəsinə xəsislik etmir, əvəzini, daha doğrusu heyfini bu reklamlara aldanıb bura qaçan müştərilərə evi satandan sonra statusu dəyişən müştərilərdən çıxır. İlk problem elə satış ofisində başlayır, məlum olur ki, reklam getməsinə rəğmən satışda ev yoxdur. Sən pul ver biz tikib bir neçə ildən sonra verəcəyik”.

A.Talıbova şirkətin binalarında ciddi kommunal problemlərin də yaşandığını qeyd edib:
“Elektrik enerjisi və su təminatında kəsintilər yaşanır, elektrik enerjisi problemi isə insanı dəli edir. Təməl kommunal xərclərin doğru-dürüst yerinə yetirilməməsi şərəfinə küçəyə qoyduqları zibil yeşikləri və “mühafizə xidməti”nə görə də ayda 20 AZN kommunal xərc tələb edirlər. Hər səhər oyandığınız zaman qapınızın önünə naməlum obyektlərin başı boyda nəcislərini qoyub getmək normal hal alıb. “Oxrana” işini mükəmməl gördüyündən hər küçədən keçən əlini-qolunu sallayıb qapınızın ağzına rahatca təbii ehtiyaclarını ödəyə bildiyi kimi, sakinləri də narahat edə bilər”.

Qış aylarında qaz xətlərinin çəkilməsi zamanı hər evdən işıq-su-qaz xəttlərinin çəkilməsi üçün 407 AZN toplandığını deyən tanınmış aparıcı, pulların verilməsinə baxmayaraq qazdan başqa ağıllı sayğacların hələ də quraşdırılmadığını bildirib:
“Və məlum olur ki, toplanan məbləğ sadəcə qaz sayğacı üçün imiş. Yəni rəsmən dələduzluqla məşğul olurlar. Bu məqalədə göstərilən binalar ilk təqdim edilən layihədə yox idi, sonradan meydana çıxdı və massivin gözəgəlimli 4 mərtəbəli bina sakinlərinin yeni evdə yeni həyat xəyallarının içinə etdi. Artıq o binalardakı bir neçə evdə, sahibindən satılır – elanlarını massivə gələn hərkəs görə bilər”.

Qeyd edək ki, son zamanlar mediada yer alan “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərovun radikal dini cərəyanlara, xüsusən vəhhabilər “yaşıl işıq” yandırması, uzun müddət Abşeronda və Xırdalanda vəhhabi məzhəbindən olan şəxslərə maliyyə yardımları göstərməklə yanaşı, bu dini cərəyanların nümayəndələrinin işlə, yaşayış yeriylə təmin olunmasında, eləcə də, onların təhlükəsizliyinin təmin edilməsində ağsaqqallıq missiyasını yerinə yetirməsi, qatı dindar olan Heydərovun rəhbəri olduğu obyektlərin əksər işçilərinin məhz vəhhabi məzhəbinin nümayəndələrinin olması, Beynəlxalq Bankla “AAAF İnşaat” MMC arasında olan qanunsuz biznes əməkdaşlığının ifşa olunması və AZAL prezidenti Cahangir Əsgərovun hakimiyyətdəki dayaqlarını itirməsi, fəaliyyətinin təftişə başlanılması ilə bağlı yayılan xəbərlərin fonunda, “AAAF Park” yaşayış kompleksinin fəaliyyətini dayandıracağı iddia edilir.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın