Azinforum.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı özü məlumat verib.

O bildirib ki, atasının evini yenidən tikdirir:

“Elə şeylər var ki, tam açıqlama gətirə bilmirəm. Loru dilində desək, kəsilə-kəsilə qalıram. Əslində, yaxın insanlarımız bilirdi ki, buna görə onunla mübahisələrimiz olurdu. Atam bir az tərslik edirdi. Mən də böyüyün sözündən çıxmırdım. Amma artıq atam razılıq verdi, yaşadığı evi sökdürmüşəm, yenidən tikdirirəm. Artıq evin divarları qalxıb. Rayonda qar yağdığına görə təmir bir az ləngidi. Hardasa, 20 min manata yaxın xərcim çıxdı. Amma əsas xərc qarşıdadır”.