Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Tahir Kərimova yeni vəzifə verilir?

Tahir Kərimova yeni vəzifə verilir?

Bir neçə gün əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Tahir Kərimova yeni vəzifə verilir. Bu barədə Qaynar.info-ya hakimiyyətdaxili mənbələrdən məlumat daxil olub.

Tahir Kərimovun konkret hansı vəzifəyə təyin olunacağını dəqiqləşdirə bilmədik. Amma böyük ehtimalla yenidən rayonlardan birinə icra başçısı təyin ediləcək.

Məlumat redaksiyamıza gec saatlarda daxil olduğu üçün Tahir Kərimovun özü ilə əlaqə saxlaya bilmədik.

Onu da qeyd edək ki, Tahir Kərimov 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnistitutunu bitirib. 1991-1995-ci illərdə “Ümid” İstehsalat Assosiasiyasının Prezidenti, 1995-2001 və 2003-2006-cı illərdə H.Z.Tağıyev adına balıqhisləmə zavodunun direktoru, 2001-2002-ci illərdə “Caspian Fish” LTD şirkətinin baş direktoru olub. O, 2006-2011-ci illərdə Daşkəsən, 2011-2016-cı illərdə Salyan Rayon İcra Hakimiyyətinə başçılıq edib.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın