Cümə , Noyabr 27 2020
Ana səhifə / Şou Biznes / Tahir Kərimov Günel Mövludu ona qarşı kampaniya aparmaqda ittiham etdi – Rəsmi mövqe

Tahir Kərimov Günel Mövludu ona qarşı kampaniya aparmaqda ittiham etdi – Rəsmi mövqe

“Bakı-xəbər” saytı bildiri ki, dünən sosial şəbəkələrdə və elektron informasiya vasitələrində Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimovun fotosu müzakirəyə çıxarılıb. Məsələyə İcra hakimiyyətinin reaksiyası özünü çox gözlətməyib. Başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılovun verdiyi məlumata görə, 2014-cü ildə Salyan şəhərində keçirilmiş Gül bayramında çəkilmiş və həmin vaxtdan Salyan rayon İcra hakimiyyətinin rəsmi saytında yerləşdirilmiş bu şəkil 1 il 6 aydan sonra kimlər tərəfindənsə məqsədli şəkildə, təhrif edilməklə sosial şəbəkələrə ötürülüb və müzakirə olunmağa, aidiyyəti oldu-olmadı şərhlər verilməyə başlanıb. Maraqlısı odur ki, sosial şəbəkələrdə yayılmış bu şəkil elektron KİV-də ilk olaraq “İnformasiya sahəsində dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsipləriniə əsaslanan” ANS televiziyasının efirində görüntülənib və göstərilən prinsiplərinə rəğmən, telekanal məsələnin əslini öyrənmək üçün qarşı tərəfin fikrini öyrənməyə heç bir təşəbbüs göstərməyib. Halbuki, “prinsipləri” də kənara qoysaq, bu, xəbər hazırlayan jurnalistin bir nömrəli vəzifəsidir.

Qayıdaq, şəkil məsələsinə. Bəli, yuxarıda da bildirildiyi kimi, qeyd olunan şəkil 9 may 2014-cü ildə Gül bayramı ilə bağlı keçirilmiş tədbirdə çəkilib. İcra Hakimiyyətindən verilən xəbərə görə, sözügedən tədbir rayon Təhsil Şöbəsi tərəfindən hazırlanıb. Ssenariyə uyğun olaraq iştirakçılar məktəblilər tərəfindən təşkil olunmuş Gül çələngindən keçərək tədbirə qatılmalı imiş. İcra başçısı da, rayon rəhbəri kimi, təddbirə Şura üzvləri ilə birgə Gül çələngindən keçməkə qatılıb. Rəşad Cəbrayılov yazır ki, rayonda keçirilən bütün tədbirlər kimi, həmin Gül bayramında çəkilən fotolar da İcra Hakimiyyətinin saytında, özü də elə o tarixdə yerləşdirilib.

Mətbuat nümayəndələri yəqin bizimlə razılaşar ki, Salyan Rayon İcra Hakimiyyəti hər zaman mətbuata açıq olub. Rayon rəhbərliyi mətbuat nümayəndələrinə rayonda aparılan işlərin işıqlandırılması istiqamətində daim lazımi şərait yaradıb. 2012-ci ilin mart ayının 9-da şəhər mərkəzində, kütləvi informasiya vasitələri üçün mətbuat konfransı, 2013-cü ilin dekabr ayında isə kütləvi informasiya vasitələrinin rəhbərləri ilə rayon İcra hakimiyyətində görüş keçirilib.

Görüşdə belə bir fikir yekdilliklə ifadə olunub ki, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnu hər iki tərəf gözləməli, heç bir halda bu hüququn pozulmasına yol verilməməlidir. Lakin rayon İcra Hakimiyyəti tərəfindən atılan addımlara baxmayaraq, yenə də elektron informasiya vasitələrində qərəzli, heç bir məntiqə sığmayan, yalnız rayon rəhbərliyinin apardığı işlərə kölgə salmaq, onun nüfuzuna xələl gətirmək, qara yaxmaq cəhdlərinə rast gəlinir.

İcra Hakimiyyətindən o da bildirilib ki, fotonun Günel Mövlud tərəfindən paylaşıldığı onlara bəllidir. Bu xanımın xalqımızın matəm içində olduğu bu günlərdə belə yüngül üsullarla, Azərbaycan qadınına yaraşmayan hərəkətlərlə gündəmə gəlmək istəyinə təəssüf edən Rəşad Cəbrayılov sonda onu da bildirir ki, bəzi mətbu orqanların xarici qrantlar hesabına yaşamağa öyrənmiş, ölkədəki sabitliyi hər cəhdlə pozmağa çalışan, bugünki iqtisadi inkişafı gözü götürməyən, ona qara yaxmağa öyrənmiş qüvvələrə alət olması, jurnalistika haqqında qanunun tələblərini pozaraq müvafiq araşdırma aparmadan, özlərinə sərf etdiyi kimi, yalnız reytinq qazanmaq xətrinə belə ucuz reklamlara getməsi həm də bir vətəndaş kimi onlarda təəssüf doğurub. Hər halda, düşünməyə dəyər…( Bakı-xeber)

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın