Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Tahir Kərimli siyasətçi kimi də, şəxsiyyət kimi də iflasa uğrayıb”

“Tahir Kərimli siyasətçi kimi də, şəxsiyyət kimi də iflasa uğrayıb”

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy və onun hakimiyyəti barədə sərt ifadələr işlədib. O, “Kanal 13” internet televiziyasına müsahibəsində bildirib ki, Elçibəy öz kimandasını və xalqını məhv edib.

Moderator.az xəbər verir ki. musavat.com T.Kərimlinin fikirlərinə vaxtı ilə onun komandasında təmsil olunan Arif Hacılı və Sülhəddin Əkbərdən münasibət öyrənib.

Müsavat başqanı Arif Hacılı T.Kərimlini qeyri-ciddi adam adlandırdı: “Tahir Kərimli qeyri-ciddi adamdır. Öz davranışları ilə bir siyasətçi kimi də, şəxsiyyət kimi də iflasa uğrayıb. Elçibəy hökimətinin müəyyən səhvləri olub. O hökumətin ən ciddi səhvlərindən biri də Tahir Kərimli kimi adamın Ali Məhkəmənin sədri təyin olunması olub”.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd edib ki, T.Kərimli kimi adamın fikrinə münasibət bildirmək lazım deyil: “Həm də bu məsələlər çox deylib, müzakirə edilib, hər kəsin mövqeyi də aydındır. Qısaca, o, haqlı deyil. Artıq bu məsələlərə tərəf olan adamlar yox, tarixçilər münasibət bildirməlidirlər. Bu, artıq tarixdir və siyasi mövqeyi olan şəxslərin fikri subyektiv olur. Tarixçilər həmin dövrə münasibət bildirməlidirlər”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın