Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / “Tağı Əhmədov həmişə mənə hörmət edib” – Elman Türkoğlu

“Tağı Əhmədov həmişə mənə hörmət edib” – Elman Türkoğlu

“Metropolitenin keçmiş rəisi Tağı Əhmədov Bayraqdar kimi mənə hər zaman hörmət edib, onun dövründə həmişə metrodan pulsuz istifadə etmişəm. Bayraqdar olduğum, əqidəli insan olduğum üçün onun sayəsində metrodan ödənişsiz istifadə etmişəm. O, vəzifədən gedəndən sonra isə ödəniş etməyə məcburam. Metroya minməyə pulum olmayanda da piyada getmək məcburiyyətində qalıram”.

Bunu Moderator.az-a açıqlamasında Bayraqdar Elman Türkoğlu deyib.

O, metrodan ödənişsiz istifadə etməyinin tarixindən də danışıb: “Səhv etmirəmsə 1995-ci ilin oktyabr ayıydı, 15 sutkalıq həbsdən çıxmışdım və metroya minməyə pulum yox idi. Nəzarətçi xanım məni metroya buraxmadı, zorla keçmək istəyəndə də “Mən bayraqdar-mayraqdar tanımıram və səni buraxmayacam. Ay cındırın biri cındır, özün də bir cındır bayraq qaldırıbsan”- deyərək məni təhqir etdi. Bayrağı təhqir etdiyinə görə qadının üzərinə hücum çəkdim. Elə bu vaxt metropolitenin rəisi Tağı Əhmədov eskalatorla yuxarı qalxırdı. Sonradan bildim ki, DEPO stansiyasını yoxlamaqdan qayıdırmış. Tağı Əhmədov qadına “O, bayraqdardır və nə qədər ki, mən burdayam o, metrodan pulsuz istifadə edəcək”- dedi. Bayrağı təhqir etdiyinə görə də qadını vəzifəsindən uzaqlaşdırıb, xadimə işinə təyin etdi. Həmin vaxtdan ta ki, Tağı Əhmədov metrodan gedənə qədər mən metrodan pulsuz istifadə etdim”.

Elman Türkoğlu indi metrodan ödənişlə istifadə etdiyini deyib: “O, gedəndən sonra isə vəziyyətim çox pis oldu, elə ilk gündən nəzarətçi xanım mənə bildirdi ki, artıq Tağı Əhmədovun dövrü bitdi, indi başqa dövrdür, ona görə də pulsuz keçə bilməzsən. Həmin stansiyanın rəisi də mənə “Sən 1995-ci ildən bəri dövlətə milyonlarla ziyan vurmusan”- dedi. Hirslənib cavab verdim ki, əgər mən milyonlarla ziyan vurmuşamsa, sən də milyardlarla ziyan vurmusan. İndi metrodan ödənişlə istifadə edirəm, gündə azı 40 dəfə metroya minirəm, pulum olmayanda da piyada getmək məcburiyyətində qalıram. Bircə Nərimanov stansiyasında boş yer var, oradan pulsuz keçə bilirəm. Aldığım məlumata görə metropolitenin indiki rəisi kimliyindən asılı olmayaraq heç kimi qəbul etmir, ona görə də ona ağız açmamışam. Əgər metrodan pusluz istifadəmə icazə verilsəydi çox şad olardım”.

Elman Türkoğlunun xahişini Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevə çatdırdıq. Ümid edirik ki, Bayraqdarın xahişi ilə bağlı qənaətbəxş cavab alacağıq.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın