Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / Tacir Şahmalıoğlu: “Sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”

Tacir Şahmalıoğlu: “Sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”

Məhbusların qaçmasına yardım etdiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni Fədayə Laçın oktyabrın 29-da səhər saatlarında azadlığa çıxıb.
Fədayə Laçın jurnalistləırə ilk açıqlamasında “oxumaq üçün ürəyim partlayır” deyib.
Xanım sənətçinin azadlığa çıxması xəbərini vaxtilə onunla duet ortağı müğənni həmkarı Tacir Şahmalıoğlu necə qarşılayırb? Bu iki sənətçini yenidən duet ortağı kimi səhnədə görmək mümkün olacaqmı?
Modern.az-ın əməkdaşı bu suallarla müğənni Tacir Şahmalıoğluna müraciət edib.
Tacir Şahmalıoğlu bildirib ki, Fədayənin azadlığa çıxmasına öz ailəsi qədər sevinib:
“Hər kəs bilir ki, biz Fədayə xanımla çox yaxın olmuşuq. Hətta bir səhnəni və eyni musiqini bölüşmüşük. Fədayə mənim ən yaxın dostlarımdan biridi. Düzü onun həbs olunması xəbərini eşidəndə çox pis olmuşdum. Həyatdır da, səhvsiz insan olmur. Bu da Fədayənin bir səhvi idi.  Bir səhvsiz var, o da Allahdır. Şükür olsun ki, indi azadlıqdadır.  Bir zamanlar belə xəbər yayılmışdı ki, mənimlə onun arasında bu məsələyə görə soyuqluq yaranıb. Əksinə, mən hər zaman ona bir xanım kimi dəyər vermişəm. Çünki mənim əsas duet ortaqlarımdan biridir. Deyərdim ki, hər kəs bizi “Tacir-Fədayə” deyə səsləyir. Fədayə deyiləndə ilk Tacir yada düşür, yaxud da əksinə. Mənə elə gəlir ki, bu gündən artıq Fədayə ancaq öz sənətini düşünüb, bu yolda da addımlayacaq. Çünki həbs müddəti zamanı  həyatın ağrı-acısını gördü. Belə başa düşürəm ki, bir də belə səhvlərə yol verməz”.
Tacir Şahmalıoğlu  Fədayə Laçınla  yeni bir duet  oxumaq haqqında düşündüyünü də söyləyib:
“İndi təzə azadlığa çıxıb, bir az özünə gəlsin, inşallah ki, yeni duet oxumaq fikrim var. Düşünürəm ki, bu bizləri sevən dinləyiciləri və fanatları  daha da sevindirəcək. Bununla da sübut edəcəyik ki, Tacir-Fədayə dueti hələ ölməyib”.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …