Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Təhminə və Zaur”da maaş qalmaqalı – “Kişi kimi halallaşmadız…”

“Təhminə və Zaur”da maaş qalmaqalı – “Kişi kimi halallaşmadız…”

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə rol aldığı “Təhminə və Zaur” serialından qonorarını ala bilmədiyini bildirib. 

O, ekran işini ərsəyə gətirən “Media Master” şirkətini sərt tənqid edib:

“Bu məmləkətdə hər şey belədir, kimlərlə yaxşı olursan, həvəslə işə girişirsən, iş gördüyün insanlar səni hər şeydən iyrəndirir. Bir işi kişi kimi görmək lazımdır. Yalanla aktyor aldatmazlar. Yeganə millətik ki, aktyora pul verməyə can çəkirik. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur.

Gördüyünüz işin içinə tüpürüm. Sözümü həmişə açıq demişəm. Hamını yığıb kişi kimi hallalaşmağı bacarmadınız. Heç nəyi halal etmirəm. Şəxsiyyət olmağı bacarın, sonra işlər görün!”.

“Qafqazinfo” ittihamlara cavab olaraq sözügedən şirkətin rəhbəri Rüstəm Əliyevlə əlaqə saxlayıb. O, C. Novruzun statusundan xəbərsiz olduğunu, qonorarların isə ödənildiyini söyləyib:

“Serialın hekayəsi bitib,serial dayanıb.  Hər ayın 20-də aktyorlarımızın maaşı verilir. Biz isə sonuncu maaşı onların hesabına 21-də köçürmüşük. Yəqin ki, status yazarkən bundan xəbəri olmayıb. Başqa bir problem yoxdur”.

“Təhminə və Zaur”un baş qəhrəmanlarından biri, Əməkdar artist Kəmalə Müzəffəri isə “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, maaşını vaxtlı-vaxtında alır:

“Mən 1 il yarımdır ki, sözügedən şirkətlə əməkdaşlıq etmişəm. Onların ərsəyə gətirdiyi “Ögey ana” və “Təhminə və Zaur” seriallarında çəkilmişəm. Bircə dəfə də olmayıb ki, maaşım geciksin. Hətta keçən ay serialda 15 gün işləmişik, maaş da hesaba qoyulub.  Efir prodüseri Həsən bəy bir neçə gün bundan əvvəl “Whatsapp” qrupuna səs ataraq bildirib ki, qonorarlar yüklənilib.  Fakt kimi bu səsi sizə də göndərə bilərəm. Mən niyə yalan danışım ki? Bizdə maaş söhbəti olmayıb. Nə qədər işləmişik, o qədər də pul almışıq. Müqavilə bağlanılır, vergi verilir. Pulu ödəməmək deyilən bir şey ola bilməz”. 

Dörd aydır ekran işində rol alan Əməkdar artist Mehriban Xanlarova da maaş aldığını deyib: “İşlədiyim müddətdə pulumu almışam. Mən yalan danışa bilmərəm.  Hətta bunu sübuta yetirəcək qəbzlərim var. Son 15 günkü çəkilişlərimizin pulu da verilib. Bir şeydə Cavidanla razılaşıram ki, serialın bağlanması anidən qərarlaşdırıldı. Çünki bizə başqa layihələrdən təklif gəldi, burada yer aldığımız üçün imtina etdik. Düşünürdük ki, maya qədər ekran işində rol alacağıq”. 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …