Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Təhkimçi” qızlar, “qarovul” dəstəsi və casus şəbəkəsi – “Tarqovı”da “ərəb ovu”…

“Təhkimçi” qızlar, “qarovul” dəstəsi və casus şəbəkəsi – “Tarqovı”da “ərəb ovu”…

Son günlər ölkə mediasında ən çox bəhs edilən məsələlərdən biri ölkəmizə axın edən ərəblər və onların paytaxtın bir sıra küçələrində, xüsusilə də “Tarqovı” kimi tanınan “Nizami” küçəsində əxlaqsız qızlar tərəfindən “ovlanmasıdır”.
Məsələ ilə bağlı Moderator.az-a maraqlı informasiya daxil olub. Məlumata görə, zaman keçdikcə “ərəb ovu” üzrə “ixtisaslaşan” və bu sahədə geniş təcrübə əldə edən “Tarqovı”dakı bəzi barlar və gecə klubları bu sahədə “məhsuldarlıqlarını” artırmaq üçün yeni praktikadan istifadə etməyə başlayıb. Bu praktikanın mahiyyətini barların giriş qapısının çölünə – bayır tərəfinə bir qız əməkdaşın təhkim edilməsi təşkil edir.
Yarıçılpaq geyimdə saatlarla barın qarşısında dayanan, fəxri qarovul dəstəsinə mənsub əsgərlər kimi öz “postunu” tərk etməyən bu qızlar ərəblər üçün tələ yemi rolunu oynayır. Onların işi öz geyimləri, jest və hərəkətəri ilə ərəbləri cəlb etmək, onların çalışdıqları bar və gecə klubuna girməsini təmin etməkdir.
Məlumatlı mənbənin sözlərinə görə, “Tarqovı”dakı bəzi barlar öz rəqiblərini qabaqlamaq, “ərəb ovu”kampaniyasında daha böyük paya sahiblənmək üçün sözün həqiqi mənasında casus şəbəkəsi foramlaşdrıb. “Tarqovı”nın giriş hissələrini nəzarətdə saxlayan bu şəbəkənin işi sözügedən küçəyə daxil olan ərəblərə çalışdıqları barı vəsf etmək, ordan göndərilən qızlar vasitəsi ilə həmin ərəblərin digər bar və gecə klublarına getməsini əngəlləməkdir.
Bilgili qaynaq ərəb axınının ardınca “Tarqovı”dakı bar və gecə klubları arasında rəqabətin gücləndiyini, münasibətlərin kəskinləşdiyini bildirib. Mənbənin sözlərinə görə, belə davam edəcəyi təqdirdə gərginləşən münasibətlərin ağır fəsadlara səbəb olacağı şübhəsizdir.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın