Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Şou Biznes / “Təzə “yem” tapıblar, mərkəzdə fırlanıb pul yığırlar” – Ədalət Şükürov

“Təzə “yem” tapıblar, mərkəzdə fırlanıb pul yığırlar” – Ədalət Şükürov

Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətçidir. “Qafqazinfo” xəbər verir ki, məşhur müğənni instaqram səhifəsində ard-arda iki video paylaşaraq qurumu fəaliyyətsizlikdə ittiham edib:

“Mən indi 20 Yanvar dairəsindəyəm. Yarım saatdır burada tıxacdayam. Bakı Nəqliyyat Agentliyi (BNA) təzə bir “yem” tapıb. Bunlar heç nə etmirlər, oturublar maşında, kameraları qoyublar, mərkəzdə fırlanırlar və pul yığırlar. Bunların başqa işi yoxdur.

Mən bilmirəm, BNA nə ilə məşğuldur, amma bundan başqa heç nə ilə məşğul olmurlar. 20 Yanvar dairəsində bir dəfə də onları görməmişəm. Maarifləndirmək, ümumiyyətlə, yoxdur. Ancaq mərkəzdədirlər, buraya da gəlmək lazımdır”.

Sənətçi bir müddət sonra növbəti görüntülərini yayaraq tıxacın yeni bitdiyini qeyd edib: “Sağ olsun Dövlət Yol Polisi! Onlar yaxınlaşırdılar, sürücünü məlumatlandırırdılar ki, burada saxlamaq olmaz! İndi BNA nə nəzarət edir, nə də maarifləndirir. Ancaq foto çəkib gediblər. Sürücülərdə də az günah yoxdur. Amma maraqlı videoçarxlar çəkmək, TV-lərdə yaymaq lazımdır”. 

Həmçinin oxuyun

“Bunu sübut etsə, ona 50 min manat pul verəcəm“ – Pərvin

Kasıblarla bağlı fikrinə görə tənqid atəşinə tutulan aktrisa Pərvin Abıyeva şəbəkə istifadəçilərinə cavab verib. Sosial …