Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Təyyarədə siqaret və mobil telefon qadağasının – SƏBƏBİ

Təyyarədə siqaret və mobil telefon qadağasının – SƏBƏBİ

Çoxlarına məlum olduğu kimi təyyarə göyərtəsində siqaret çəkmək qadağandır. Bəziləri bunu yanğın təhlükəsinin ola biləcəyi ilə bağlayır.

Təyyarədə siqaret qadağasının səbəbi əslində tamamilə başqadır. Çünki əvvəllər təyyarədə siqaret çəkməyə icazə verilib və hər hansı yanğın hadisəsi baş verməyib. Məlum olub ki, əsl səbəb iqtisadi xarakter daşıyır.

Təyyarədə hava daim filtrlərdən keçərək dövr edir. Siqaretin tüstüsü və qətranın təsiri isə hava filtrlərin daha tez sıradan çıxmasına səbəb olur.

Təyyarədə mobil telefonların istifadəsinin təyyarəni sıradan çıxara biləcəyi barədə deyilənlər də yanlış fikirdir. Məlum olub ki, mobil telefona gələn zəng pilotla aviadispetçr arasında rabitə əlaqəsinə mane olur. Bu halda pilot aviadispetçr tərəfindən verilən məlumatları qarışdıra bilər.(publika)

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın