Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / Təranə Səmədovadan Elvin Mirzəzadəyə atmaca: “İzlənmədi” – VİDEO

Təranə Səmədovadan Elvin Mirzəzadəyə atmaca: “İzlənmədi” – VİDEO

ARB TVnin “Günə Son” verilişinin qonağı olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.
O, bir müğənninin tanınması üçün nə qədər məbləğin lazım olduğunu açıqlayıb: “Ümumiyyətlə, bu şans söhbətidir. Müğənninin şansı varsa, 20 min xərclənsə, artıq bir qığılcımla ortaya çıxacaq. Amma bu yatırım davamlı olmalıdır. Həm də baxır müğənniyə olan tələbata. Müğənninin özü pul qazansa, yatırımla qazancı balanslaşacaq. Amma indi desəm ki, 100 min manata bir müğənnini məşhur etmək olar, yalan deyərəm. Ya da ki, 300 min qoyulsa, partlayış olar deyə bilmərəm. 300 min qoyulsa, populyar olacaq, amma sevilən olacağına söz vermək olmur. Daima nəsə bir iş görməklə nəsə etmək olar. Məsələn, Elvin Mirzəzadənin “Düşün məni” mahnısı bir xeyli səs-səda saldı, amma ikinci mahnısından elə də danışılmır. İstəyərəm danışılsın, çünki istedadlı uşaqdır. Bu, bir növ PSY-ın “Gangam style”sinə oxşadı. Partlatdı, amma ikinci mahnısı “Gentelman” o qədər də uğurlu olmadı. Tez alışan tez sönür. Dalğanın sönməməsi üçün şəraiti müğənni yaratmamalıdır”.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …