Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Təranə Qumral: “Nazənin yenə yalan danışır” – Məhkəmə qərarı üzə çıxdı

Təranə Qumral: “Nazənin yenə yalan danışır” – Məhkəmə qərarı üzə çıxdı

 

Müğənni Təranə Qumralla Nazənin arasındakı qalmaqal səngimək bilmir.

Musavat.com xəbər verir ki, tərəflərin məhkəmə prosesi yeni mərhələyə qədəm qoyub. Belə ki, uzun müddət sürən çəkişmə sonda Nərimanov Rayon Məhkəməsinin qərarı ilə T.Qumralın 4 min manat məbləğində cərimə edilməsi ilə başa çatıb.

Təranə Qumral saytımıza açıqlamasında bildirib ki, Nazənin onu Ali Məhkəməyə verib: “Nazəninin istəyi məni həbs etdirmək idi. Məhkəmə isə sonda məni 4 min manat cərimələdi. Və bununla da məsələ mənim üçün qapandı. Amma o, bununla razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət etdi və qərar yenə qüvvədə qaldı. Mediada da yalan xəbərlər yaydı ki, guya, mən şikayət etmişəm, mən məhkəməyə vermişəm. Onun vəkili özlərinin verdiyi məhkəməni mənim adıma çıxarmağa çalışır. Nazənin yenə də yalan danışdı. Halbuki, apellyasiyanın qərarından da narazı qalan Nazənin indi də ayın 7-də məni Ali Məhkəməyə verib”.

 

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …