Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Təhsilin keyfiyyətini cərimələrlə yüksətmək olmaz

Təhsilin keyfiyyətini cərimələrlə yüksətmək olmaz

Son zamanlar Milli Məclis müxtəlif sahələrdə cərimələrin artırılması məsələsinə xüsusi diqqət yetirirdi və nəhayət növbə təhsil sahəsinə çatdı. 04 dekabr 2015-ci ildə Milli Məclisin qərarı ilə İnzibati Xətalar Məcəlləsinə 51.1-1 saylı maddə əlavə edilib. Bu əlavəyə görə Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyni 100 manat cərimə olunacaq.

İnzibati Xətalar Məcəlləsinə bu əlavəni təklif edənlər yəqin bu yolla repititorluğun qarşısının alınacağını, təhsilin keyfiyyətinin yüksələcəyini düşünürlər. İstək yaxşı olsa da, ona nail olmağın təklif olunan yolu kökündən səhvdir. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün ilk növbədə müəllimin sosial vəziyyətinin köklü şəkildə yaxşılaşdırılmasına dair qərarlar qəbul etmək lazımdır. Nəzərə almaq lazımdır ki, repititorluğu doğuran başlıca səbəb müəllimlərin əmək haqqının, sosial durumunun olduqca aşağı olmasıdır. Öz ictimai mövqeyinə uyğun əmək haqqı alan müəllim heç vaxt öz evində, ailəsinin narahatçılığı hesabına əlavə qazanc dalınca qaçmaz, öz potensialını tam şəkildə məktəbdə sərf edər. Məktəbdə keyfiyyətli bilik alan şagird də dərsdən yayınmaz. Ona görə də nəticəni aradan qaldırmağa yönəlik qərar qəbul etməkdənsə, onu doğuran səbəbin aradan qaldırılmasına yönəlik qərarın qəbul edilməsi daha düzgün olardı. Milli Məclisin qeyd edilən qərarı isə, təəsüf ki, təhsilin keyfiyyətinin yüksəldilməsindən daha çox təhsildə yeni rüşvət mənbəyinin yaranmasına səbəb olacaqdır.

Teyyub Qənioğlu

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın