Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Təhsil Nazirliyi kurrikulumların ləğvi barədə

Təhsil Nazirliyi kurrikulumların ləğvi barədə

Təhsil Nazirliyi bu il 1-ci sinfə gedəcək şagirdlərin kurikulumla təhsil almayacağı, bu sistemin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Təhsil Nazirliyindən bildirilib ki, yayılan həmin məlumatların heç bir əsası yoxdur.

Vurğulanıb ki, 1-ci sinfə gedəcək şagirdlər ötən illərdə olduğu kimi yenə də kurikulumla təhsil alacaqlar.

Qeyd edək ki, Azərbaycanda sovet təhsil sistemindən fərqli təhsil qurmağa imkan verən kurikulumun tətbiqi “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası” (Milli Kurrikulumu) əsasında həyata keçirilir. Azərbaycanda kurikulum 2008-2009 – cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. (“Trend”)

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın