Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Şou Biznes / Təcili yardıma müraciət edənlərin sayı kəskin artıb

Təcili yardıma müraciət edənlərin sayı kəskin artıb

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına cari ilin 6 ayı ərzində 334000 artıq müraciət daxil olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin sayı 30000-dən çox artıb. Müraciətlər üzrə əhaliyə zəruri tibbi yardım göstərilib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciətlər əsasında 31800-dən çox vətəndaş xəstəxanalara yerləşdirilib.

Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 1100 nəfərdən çox olub. Qəfləti xəstəliklərlə müraciətlərin sayı 179000-dən artıq, miokard infarktı ilə müraciətlərin sayı 460, hospitalizasiya 440-a yaxın; insultla müraciətlərin sayı 1880, hospitalizasiya 1680; doğuşla bağlı müraciətlərin sayı 1580, hospitalizasiya 1580; avtoqəza zamanı xəsarət alanların sayı 1170 hospitalizasiya 1000-dən artıq olub.

Evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib. Digər tibb müəssisələri ilə sıx əlaqəli işin təşkilinə xüsusi diqqət yetirilir. Çağırış zamanı aşkar edilən zahı və hamilə qadınlar barəsində qadın məsləhətxanasına məlumat verilir.

Təcili tibbi yardıma ehtiyacı olan 190 nəfər yaşayış yeri məlum olmayan şəxsə ilkin tibbi yardım göstərilib və onlar müvafiq xəstəxanalara yerləşdiriliblər. Yay mövsümü başlanandan ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub ki, bunlardan da 3 nəfəri uşaqdır və 30 halda hospitalizasiya icra edilib.

Cari ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.

Pediatrik reanimasiya briqadaları tərəfindən küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən və paytaxtın doğum evlərində anadan olmuş az çəkili və ya ağır qüsurlarla doğulmuş 500-ə qədər körpə Respublika Perinatal Mərkəzinə, K.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna hospitalizasiya icra edilib.

103 xidmətinə gündəlik daxil olan çağırışların qeydiyyatı, icra edilməsi üçün bölmələrə yönəldilməsi və hesabatı proqramının, o cümlədən hospitalizasiyanın təşkili və uçotunun təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Əməliyyat və hospital işlərin təşkili və müalicə metodik işlərin təşkili şöbəsinin böyük həkimləri tərəfindən ünvanlara zənglər olunaraq onlara göstətilən ilkin tibbi yardımın keyfiyyəti barədə sorğular aparılır.

Bölmələrin hamısına internet xətti çəkərək vahid şəbəkə yaratmaqla, şöbələr arasındakı əlaqəli işin keyfiyyətini yüksəltmək, məlumatların mərkəzə ötürülməsində vaxt itkisinin qarşısını almaq istiqamətində işlər aparılır.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …

Bir cavab yazın