Cümə , Avqust 23 2019
Ana səhifə / Şou Biznes / Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi…

Təbrizdə ölən körpənin meyiti ailəsinə verildi…

Təbrizdəki xəstəxanalardan birində vəfat edən Azərbaycan vətəndaşı, 10 aylıq Qorqud Dadaşzadənin meyiti artıq ailəsinə təhvil verilib.

Bu gün səhər saatlarında “Kudəkan” xəstəxanası körpənin meyitini ailəsinə verib. Gün ərzində Q.Dadaşzadənin cəsədinin Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, xəstəxana müalicə pulu tam ödənilmədiyi üçün körpənin meyitini ailəsinə təhvil vermirdi. Məsələ ictimailəşdirildikdən sonra Azərbaycandan bəzi imkanlı şəxslər ailəyə maddi yardım edib və onlar xəstəxanaya ödənişi tam həyata keçiriblər.

Onu da qeyd edək ki, xəstəxanadan bildiriblər ki, 10 aylıq Q. Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib. 10 aylıq Q. Dadaşzadə 21-də günorta saatlarında Təbrizin “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.(Lent.az)

Həmçinin oxuyun

Azərbaycanlı müğənninin qızı göl kənarında belə görüntüləndi – VİDEO

Müğənni Təranə Qumralın qızının paylaşdığı yeni videosu müzakirələrə səbəb olub. Unikal.org xəbər verir ki, Qumral həyat …

Bir cavab yazın