Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / Təbriz xəstəxanası 10 aylıq körpənin meyitini verməməkdə israrlıdır

Təbriz xəstəxanası 10 aylıq körpənin meyitini verməməkdə israrlıdır

“Azərbaycan vətəndaşı Qorqud Dadaşzadənin valideynləri qalan pulu ödəməyiblər. Ona görə də uşağın meyitini təhvil verə bilmərik”. Virtualaz.org saytı APA-ya istinadən bildirir ki, bunu Təbriz şəhərində yerləşən “Kudəkan” xəstəxanasının nümayəndələri deyiblər.

Xəstəxanadan bildirildiyinə görə, 10 aylıq Q.Dadaşzadənin müalicəsinə 35 milyon tümən (təxminən 16 min manat) xərclənib. Bu məbləğin 21 milyon tüməni (12 min manat) xeyriyyəçi insanlar tərəfindən ödənilib.

“Qalan pul isə uşağın qohumları tərəfindən ödənilməlidir ki, cənazə təhvil verilsin. Bu uşağın valideynlərinin və qohumlarının borcudur ki, həmin məbləği ödəsinlər. Lakin onlar bu anadək bu işi görməyiblər və biz də qanuna uyğun olaraq uşağın meyitini təhvil verə bilmərik”, – deyə xəstəxana təmsilçisi qeyd edib.

Xatırladaq ki, 10 aylıq Q.Dadaşzadə 21-də günorta saatlarında Təbrizin “Kudəkan” xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişib.

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın