Bazar , Yanvar 24 2021
Ana səhifə / Şou Biznes / Şuşaya gedə bilməyən Əməkdar artist təşkilatçılardan gileyləndi

Şuşaya gedə bilməyən Əməkdar artist təşkilatçılardan gileyləndi

Azərbaycanın bir qrup mədəniyyət üzvü işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.

Bu addım əslən Şuşadan olan Əməkdar artist Zöhrə Abdullayevanı məyus edib. Belə ki, bu barədə sosial şəbəkə hesabında yazan müğənni həmin konsertə dəvət olunmamasından gileylənib:

“Şuşada Cıdır düzündə çıxış edən ifaçıların 70 faizinin ora aidiyyəti yoxdur. 28 il Şuşa həsrəti ilə yaşayan şuşalı müğənnilər dəvət edilmədi. Siyahını görəsən kimlər yazır? Bir-iki müğənninin də ağbirçəklik etdiyini gördük”.

Qeyd edək ki, Şuşaya yollanan məşhurlar arasında  Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əməkdar artist Sevda Ələkbərzadə, müğənni-bəstəkar Murad Arif və başqaları olub.

Həmçinin oxuyun

“Bir az kökələn kimi başqa sözlər yazırlar” – Könül Kərimova

Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. …