Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Süründürməçilik aradan qaldırılmalıdır” – Ədliyyə naziri

“Süründürməçilik aradan qaldırılmalıdır” – Ədliyyə naziri

Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Şəki Məhkəmə Kompleksində regional müşavirə keçirilib.

Azinforum.az-ın məlumatına görə, tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan və Gəncə apelyasiya və onların yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri F.Məmmədov geniş məruzə ilə çıxış edərək məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasının, şəffaflığın və aşkarlığın genişləndirilməsinin, müasir İKT-lərin və elektron məhkəmənin tətbiqinin əhəmiyyəti bildirilib. İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi, habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi vurğulanıb.

O, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuların, süründürməçiliyin qətiyyətlə aradan qaldırılması, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini bildirib, fəaliyyətin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasının zəruriliyini qeyd edib.

Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın