Ana səhifə / Şou Biznes / Supermarket rəhbərliyi aradan çıxdı…

Supermarket rəhbərliyi aradan çıxdı…

Badamdar qəsəbəsində yerləşən “Citymart” rəhbərliyi firma və işçilərini aldadaraq qaçıb.

Bunu Moderator.az – a marketdə işləyən satıcılardan biri deyib. Market əməkdaşının sözlərinə görə, ötən ilin 21 fevral devalvasiyasından sonra alverlərində geriləmə müşahidə olunub. Belə ki, onlar məhsullarının böyük hissəsini xarici ölkələrdən alırlarmış. Marketin əsas müştəriləri isə pakistanlılar və hindistanlılar olub.

Market əməkdaşının sözlərinə görə, devalvasiyadan qabaq onlarla Vergilər Nazirliyi arasında ciddi problem yaşanıbmış. Son devalvasiyadan sonra isə market rəhbərliyi gecə ilə yoxa çıxıblar. Onların hazırda harada olduqları bilinmir.
Market əməkdaşı qeyd etdi ki, “Citymart” bir çox firmalardan on minlərlə manat məbləğində mal götürüb və borclarını ödəmədən aradan çıxıblar.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın