Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / “Süni qiymət artıranlara qarşı ciddi qınaq olmalıdır” – Bahar Muradova

“Süni qiymət artıranlara qarşı ciddi qınaq olmalıdır” – Bahar Muradova

“Hər kəsin borcudur ki, bu vəziyyətdən çıxmaq üçün öz töhfəsini versin”.

AzVision.az -ın məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B.Muradova qeyd edib ki, son dövrlər dünyada və Azərbaycanda gedən iqtisadi proseslər və onun nəticələri vətəndaşların bu və ya digər çətinliklərlə üzləşməsinə şərait yaradıb:

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin atdığı addımların məqsədi ondan ibarətdir ki, insanlar bu çətinliklərdən daha az zərərlə çıxsınlar və onların problemləri yaranmasın. Bunun üçün müvafiq qurumların qarşısında çox ciddi vəzifələr qoyulub, iqtisadi islahatların aparılması, struktur islahatlarının aparılması və ayrı-ayrı sahələrə cavabdeh olan qurumların fəaliyyətində yeni-yeni istiqamətlərin yaranması, bir sözlə, Azərbaycan iqtisadiyyatının yeni modelə keçidi dövrünü yaşayırıq”.

Vitse-spiker əlavə edib ki, bu dövrdə hər kəsin üzərinə çox ciddi vəzifələr düşür: “Düşünürəm ki, bu problem hər birimizin problemidir və hər bir Azərbaycan vətəndaşı öz üzərinə düşəni etməlidir. O ki qaldı bu vəziyyətdən istifadə edərək manatın məzənnəsində öz xeyrini, mənfəətini, faydasını güdən insanlara, hesab edirəm ki, onlara qarşı cəmiyyətin çox ciddi qınağı olmalıdır. Cənab Prezident çıxışlarında vurğulayır ki, belə addım atanlar, süni şəkildə qiymətləri qaldıranlar qanunun bütün gücü ilə cəzalandırılacaq. Prokurorluq orqanları və digər qurumlar bu istiqamətdə iş aparırlar. Mən iş adamlarına, ticarətlə məşğul olanlara müracət edirəm ki, onlar müvəqqəti çətinlikdən istifadə edərək Azərbaycan vətəndaşlarının həyatına problemlər yaratmasınlar. Hər bir kəsin borcudur ki, bu vəziyyətdən çıxmaq üçün öz töhfəsini versin”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın