Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Sumqayıtlı valideynlər narazıdır: “Uşaqlara keyfiyyətsiz ərzaq verilir”

Sumqayıtlı valideynlər narazıdır: “Uşaqlara keyfiyyətsiz ərzaq verilir”

Uşaq bağçalarında azyaşlılara verilən qidanın keyfiyyəti ilə bağlı şikayətlər artıb.

Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

AİB sədri bildirib ki, rəhbərlik etdiyi təşkilata Sumqayıtda yerləşən 49 saylı uşaq bağçasından şikayət daxil olub. 10 valideyn tərəfindən imzalanan ərizədə bağçaya ayrılan süd, ət və digər ərzaqların uşaqlara verilmədiyi bildirilir.

Valideynlər iddia ediblər ki, uşaqlara vaxtı keçmiş və keyfiyyətsiz ərzaqlardan hazırlanan qidalar yedizdirilir. Bundan başqa, uşaqların təhlükəsizliyi qorunmur”.

E.Hüseynov deyib ki, şikayətlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin uşaq bağçalarına nəzarət edən əməkdaşı Lalə Hacıyevaya müraciət edib: “Lalə Hacıyeva şikayətlə bağlı müraciətə cavab verməyib. Bağçadan da reaksiya verilmir. Buna görə də tədbbir görülməsi üçün Prezident Admnistrasiyasına müraciət edəcəyəm”.

Qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən saytımızın da suallarına cavab verilməyib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın