Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Sumqayıtın küçələrində “maşın ovu” davam edir

Sumqayıtın küçələrində “maşın ovu” davam edir

 

Moderator.az xəbər verir ki, bir neçə gündür ki, şəhərin küçə və prospektlərində, əsasən gediş-gəlişin sıx olan yerlərində yol polisi avtomobillərin saxlanılmasına imkan vermir. Bu qadağa vətəndaşların ürəyincə olsa da, sürücülər çox narazıdır.
Belə ki, iş yerlərinə yaxın ərazidə həmişə avtomobillərini saxlayan maşın sahibləri, o cümlədən digər sürücülər indi bu rahatçılıqdan məhrum olduqları üçün narahatdılar. Bəzi sürücülərin ərköyünlüyündən istifadə edən yol polisi isə marıqda “ovunu” gözləyən evuakator vasitəsilə gün ərzində onlarla avtomobili cərimə meydançasına daşıyır.
Göründüyü kimi yenə bəxti gətirən polisdir. Bütün hallarda, bu “təmizləmə” işi təqdirə layiqdi…

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın