Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Sumqayıtın əmək qəhrəmanlarından biri: Məmməd Məmmədov -80

Sumqayıtın əmək qəhrəmanlarından biri: Məmməd Məmmədov -80

Atam haqqında bəlkədə yazmaq istəməzdim. Ağlıma gəlməzdi ki, tanınmış bir jurnalist olub onun haqqında nəvaxtsa qısa da olsa bir yazı yazacağam. Demək qismət beləymiş.
Atam Məmməd Məmmədov 1936-cı ildə Şahbuz rayonunun Nurs kəndində anadan olub. 1959-cu ildə Sumqayıt şəhərinə gəlib “Sintezkauçuk” İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləyib. Zavodda işlədiyi müddətdə müxtəlif fəxri fərmanlar, diplomlar alıb. Bir çox səmərləşdirici təkliflər irəli sürüb.

“Şərəf nişanı” ordeninə layiq görülüb. Səhhəti ilə bağlı zovoddan çıxandan sonra, Sumqayıt şəhərindəki 26-cı kvartalda yerləşən 20 nömrəli yataqxanada uzun illər müdir vəzifəsində çalışıb. İstər zavodda, istərsədə yataqxanada işlədiyi müddətdə kollektivin hörmətini qazanıb. Bu gün də ondan söhbət gedəndə haqqında xoş xatirələr danışırlar, onu yaxşı insan kimi xatırlayırlar. Ömrünün sonuna kimi bu insan saf, təmiz yaşadı, halal pul qazandı, insnalara düz yol göstərdi. Sumqayıtın inkişafı üçün əlindən gələni etdi… Qurani Kərimi oxudu, Allaha sığındı.
Atam 2006-cı ildə haqq dünyasına qovuşub.
22 dekabr atamın yubileyi-doğum günüdür. Bu yazını yazmaqla onun ruhunun şad olmasını istədim.
Sumqayıt şəhər hüquq- mühafizə orqanlarında işləyən qardaşım Zaur da, mən də onun adını uca tutmağa çalışırıq. Atam onu tanıyanların qəlbində uzun illər yaşayacaq, heç vaxt unudulmayacaq! Nursun nurlu oğlu Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun!
Namiq Məmmədli, filoloq-jurnalist

Azinforum.az

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın