Ana səhifə / Şou Biznes / Sumqayıtdakı 11 saylı orta məktəbdə Mikayıl Cabbarovun dedikləri qulaqardına vurulur

Sumqayıtdakı 11 saylı orta məktəbdə Mikayıl Cabbarovun dedikləri qulaqardına vurulur

Direktor əvəzi Şəhla Bağırova 10 manat verməyən valideynləri uşaqlarını məktəbdən qovacağı, qiymətlərini aşağı salacağıyla hədələyib

Sumqayıt təhsilində baş verən biabırçılıqların ardı-arası kəsilmir.Təhsil naziri Mikayıl Cabbarovun dediklərini bu şəhərdə nə saya salan var, nə də ciddiyə alan. Əgər belə olmaysaydı, Sumqayıt şəhər 11 saylı orta məktəbdə baş verənlər reallaşa bilməzdi.
Redaksiyamıza verilən məlumata görə, sözügedən orta məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Şəhla Bağırova təmir adı altında şagirdlərdən pul yığır. Bu barədə redaksiyamıza göndərdiyi məktubunda valideyn Reyhan Muradova yazır ki, Şəhla Bağırova 1-ci sinifdən tutmuş 11-ci sinif şagirdlərinə qədər, hər birindən 10 manatdan təmirpulu yığdırır.
Onun bildirdiyinə görə, ibtidai siniflərdə oxuyan şagirdlərin pul verməyən və ya vermək istəməyən valideynlərin ödənişlərini isə müəllimlər reallaşdırmalıdırlar. Yuxarı sinif şagirdləri ilə məsələ isə elə də çətin deyil. Çünki direktor onların valideynlərini hədələyərək, pul verməyəcəkləri təqdirdə şagirdlərin qiymətini aşağı salacağı, məktəbdən xaric edəcəyi barədə xəbərdarlıq edib.(jam.az)Reyhan Muradova yazır ki, faktiki olaraq Sumqayıt şəhər 11 saylı orta məktəbin təmirə ehtiyacı yoxdur. «11 saylı orta məktəb Sumqayıtda yeganə məktəbdir ki, əsaslı şəkildə təmir edilərək, müasir üslübda tam şəkildə 15 sentyabr 2015-cı ildə istifadəyə verilib. Elə bu səbəbdəndir ki, Şəhla Bağırovaya baxanda, keçmiş direktor Ofelya Babayevanın dünyadan köçənlərinə rəhmət oxuyuruq».
Valideyn sonda bildirir ki, onlar direktor əvəzinin tələblərini yerinə yetirməkdən beziblər. Bu səbəbdən də mətbuat vasitəsi ilə ilgili qurumlara müraciət edərək, onlardan yardım istəyirlər.

rublika.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın