Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Sumqayıtda baş verən yanğın nəticəsində çoxlu sayda yaralı var

Sumqayıtda baş verən yanğın nəticəsində çoxlu sayda yaralı var

Sumqayıt Dövlət Universitetinin məcburi köçkünlər məskunlaşan yataqxanasında baş verən yanğın artıq söndürülüb. Bu barədə APA-ya Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə yerinə dərhal cəlb edilən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası sakinləri binadan təxliyə ediblər.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb.

Məlumata görə, binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, daha 8 ailə yerli sakinlərdir.

Hazırda yanğının tam söndürüldüyü bildirilir, hadisənin səbəbləri araşdırılır.

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın