Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Sumqayıt TKQ-nin rəisi işçilərinin maaşı ilə oğluna maşın alıb?

Sumqayıt TKQ-nin rəisi işçilərinin maaşı ilə oğluna maşın alıb?

Qurumun əməkdaşları Akif Əsgərovdan şikayətçi düşüblər, təhdid olunduqlarını deyirlər

Sumqayıt Telekommunikasiya Qovşağında maaş qovğası yaşanır. Bu barədə JAM.AZ-a həmin qurumun işçiləri məlumat veriblər.

Məlumatda deyilir ki, Sumqayıt TKQ-nin rəisi Akif Əsgərov maaş verməməsinin səbəbini qəti şəkildə izah etmir. Ona bununla bağlı müraciət etdikdə isə işçiləri təhdid edərək, «Mən dövlətəm, nə istəsəm edərəm» deyir. «İşçilər qorxusundan dillənə bilmirlər. Bu adam işi o həddə çatdırıb ki, istədiyi vaxt istənilən işçini işdən çıxarır. Nə izahat verir, nə də səbəb söyləyir».

Sumqayıt TKQ-nin rəisindən şikayətçi olanlar iddia edirlər ki, Akif Əsgərov onların maaşı ilə oğluna bahalı maşın alıb. «Biz Aztelekom rəhbərliyindən xahiş edirik ki, məsələni araşdırıb, tədbir görsünlər. Artıq dözə bilmirik».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın