Ana səhifə / Şou Biznes / Sumqayıt İcra hakimiyyəti tövsiyyə edir, yoxsa məcbur?-VİDEO

Sumqayıt İcra hakimiyyəti tövsiyyə edir, yoxsa məcbur?-VİDEO

Bildiyiniz kimi, Sumqayıtda binaların küçə və prospektlərə baxan eyvanlarına əşyalar qoyulmasının, paltar asılmasına icazə verilmir.

Ötən gün şəhərin 4-cü mikrorayonunda 4/64 və 4/65 saylı binaların balkonlarına əşya qoyulmasına icazə verməyən müvafiq qurumlar və sakinlər arasında mübahisə yaşanıb. Belə ki, əraziyə məsul olan ərazi icra nümayəndəliyinin əməkdaşları sakinlərin eyvanlara qoyduğu əşyaları aşağı atıblar. Bu da sakinlərlərlə icra məmurları arasında mübahisəyə səbəb olub. Bina sakinləri deyirlər ki, hər gün ərazidə keşik çəkən qaldırıcı kran vasitəsilə binanın eyvanlarına baxış keçirilir və əşya müşahidə edilərsə onlar aşağıya doğru atılır.

Bina sakinlərinin sözlərinə görə, bunu həyata keçirənlər insanlara qarşı kobudluq da edirlər. Bu binanın sakinləri belə bir qadağanı mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilər.(Tia.az)

Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələnin nə dərəcədə doğru olduğunu öyrənmək üçün Sumqayıtda 4-cü mikrorayonun ərazi icra nümayəndəliyi ilə əlaqə saxladıq.

İcra nümayəndəsinin sədri Arzu Abdullayev faktı təsdiq edərək bildirdi ki, “Bəli biz ərazidə maarifləndirmə işləri aparırıq, yaş paltarlar, əskilər lazımsız əşyalar, eyvanlara yerləşdirilməsin, iplər asılmasın. Belə hal baş verdikdə bizim nəzarətimiz altında mənzil istismar sahəsinin işçiləri onları yığışdırır.  Şəhər icra hakimiyyəti abadlıq işləri ilə məşğuldur, biz də İcra hakimiyyətinə tabe olaraq bu işləri aparırıq”.

“Bəs bunu hansı qanuna əsasən edirsiniz?” sualına İcra nümayəndəsinin cavabı belə oldu.:“Hansı qanun, nə qanun, biz neynirik ki…?”

“Bu qanunda yoxdu axı” fikrimizə isə  “Biz vətəndaşlara tövsiyyə edirik”,deyə  icra nümayəndəsi cavab verdi.

“Vətəndaşlar paltarları asanda, əşyalarını eyvanda qoyanda, siz onları məcbur edirsiniz ki ,onu götürsünlər. Vətəndaşlar da məcbur qalıb götürürlər” fikrinə isə isə icra nümayəndəsi “Əlbəttə”,- deyə cavab verdi.

Bundan başqa icra nümayəndəsi  bildirdi ki:“Əhalinin çox hissəsi bizim bu işləri bəyənir, amma arada bəyənməyənlər də  olur”.

“Bəyənmiyəni neynəyiriz bəs, onlara da  paltar  asmağa imkan vermirlər axı?”,-etirazına isə  “ Deyərik ,day bundan sonra əl dəyməzlər asdıqlarına ”,- deyə İcra nümayəndəsi cavab verdi.

Bu məsələdə polis bölməsinin də iştirak edib-etmədiyini öyrənmək üçün ərazidə yerləşən 3-cü polis bölməsi ilə əlaqə saxladıq. Polis növbətçisindən paltarların yığışdırılası ilə bağlı aparılan abadlıq işlərində siz də aktiv iştirak edirsinizmi sualına polis növbətçisinin cavabı “hə” oldu.

Vətəndaşların  paltarların məcburi  yığışdırılmasının nə dərəcədə doğru olduğunu öyrənmək üçün hüquq müdafiəçisi Arzu Abdullayeva ilə əlaqə saxladıq.

Müxbirimizin sualına hüquq müdafiəçisinin cavabı belə oldu.:“İcra hakmiyyəti və ya İcra nümayəndəliyi vətəndaşlardan paltarların yalnız müvəqqəti olaraq yığışdırılmasını xahiş edə bilər. Vətəndaşlar  bu xahişi eləmədiyi halda icra nümayəndəliyinin və ya icra hakimiyyətinin vətəndaşlara məcbur eləməyə hüququ yoxdur”.

 

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın