Çərşənbə axşamı , İyul 16 2019
Ana səhifə / Şou Biznes / Sumqayıt hadisələri ilə bağlı yeni xəbər var

Sumqayıt hadisələri ilə bağlı yeni xəbər var

Bir neçə gün öncə, Sumqayıt şəhərindəki 5 saylı orta məktəbin valideynləri etiraz aksiyası keçirərək, binanın ikinci korpusunun Ərazi Maliyyə Hesablaşma İdarəsinə verilməsindən narazı olduqlarını bildirmişdilər. Sputnik Azərbaycan-a müraciət edən valideynlər bildirmişdilər ki, ikinci korpus onların maliyyəsi ilə təmir edilib və ibtidai sinif şagirdləri həmin korpusda təhsil alırlar.

Əməkdaşımız Sumqayıt Şəhər Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışsa da, cəhdi baş tutmamışdı. Nəhayət, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Süleymanov özü məktubla müraciət edərək, məsələ ilə bağlı fikirlərini açıqlayıb.

O bildirib ki, sözügedən bina 2009-cu ildə Təhsil Nazirliyi tərəfindən inşa olunub: “Bina yeni olduğu üçün indiyədək heç bir təmir işlərinə ehtiyac olmayıb və hər hansı təmir işi aparılmayıb. 5 nömrəli tam orta məktəbin köhnə korpusları bu il Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən təmir olunacaq”.

E. Süleymanovun dediyinə görə, hazırda bununla bağlı sənədləşmə işləri aparılır: “Sumqayıt Şəhər Təhsil Şöbəsi və 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin yerləşdiyi binanın təmirə ehtiyacı olması və yay tətili dövründə təmir işi aparılarsa, bu idarələrin müvəqqəti olaraq 5 nömrəli məktəbin yanındakı sözügedən binaya köçürülməsi fikri olub. Amma bu fikir reallaşsa belə, yay tətili dövründə olması və şagirdlərin rahat təhsil almalarına maneə törətmədən icra olunması başlıca şərtdir. Valideynlərin narazılığının haradan qaynaqlandığı bizə məlum deyil və narahatçılığa da heç bir əsas yoxdur”.

Həmçinin oxuyun

Səbinə: “Prodüser müğənninin şəxsi mülkü deyil”

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.  “Ölkə.Az”-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz …

Bir cavab yazın