Cümə , Oktyabr 18 2019
Ana səhifə / Şou Biznes / Sulu qəlyanın istifadəsi qadağan edilə bilər

Sulu qəlyanın istifadəsi qadağan edilə bilər

Azərbaycanda sulu qəlyanın da istifadəsinin qadağan edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Qənirə Paşayeva parlamentdə yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

Q.Paşayeva bildirib ki, sulu qəlyan da insan sağlamlığı üçün zərərlidir:

“Ona görə də sulu qalyanın da qadağan edilməsi ilə bağlı məsələ yeni hazırlanmış qanun layihəsinə daxil edilməlidir”.

Digər millət vəkilləri də sulu qəlyanın istifadəsinin qadağan edilməsi təklifini dəstəkləyiblər.

Həmçinin oxuyun

“Maşın”da qalmaqal: Lalə Suna ilə “atışdı” – VİDEO

“Maşın”da mübarizə davam edir.   Unikal.org xəbər verir ki, şounun gedişində Ramal Sunaya səslənərək birlikdə əllərini çəkib …

Bir cavab yazın