Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / “Space”in efirində dava: Mehriban Xanlarova canlı yayımı tərk etdi – VİDEO

“Space”in efirində dava: Mehriban Xanlarova canlı yayımı tərk etdi – VİDEO

“Space TV”də yayımlanan “10-da başladıq” səhər şousunda qonaq olan Əməkdar artist Mehriban Xanlarova verilişi qalmaqallı şəkildə tərk edib.

M. Xanlarovanın proqramın aparıcısı Kamran Həsənli ilə sözləri çəp düşüb.

Kamranın Mehribana ünvanladığı “Son zamanlar teatrlarda təhsilsizlik problemləri hiss olunur. Məşhur əsərlər səhnəyə qoymursunuz” sözlərindən qəzəblənən Xanlarova əsəblərinə hakim kəsilə bilməyib. O, canlı efirdə Kamranla söz savaşına çıxıb:

“Sizi səhərdən dinləyirəm. Kamranla mübahisə edib, efiri tərk edəcəyəm. Çünki istəyirəm danışmayım, deməyim, o da mümkün deyil. Özümü saxlaya bilmirəm. Özümdən danışacam, çünki başqasından misal gətirəndə… Daşım ağırdır… İstər Moskvada, istər Türkiyədə oxuyum, əgər içimdə, qabımda istedad yoxdursa, itələ, güclə oxutdur, savad ver, olmayacaq.

Siz (Kamran Həsəni – red.) hər zaman kiməsə savadsız, təhsilin yoxdur deyirsiniz. Amma bu belə deyil. İbrahim Tatlısəs, Ebru Gündeş, Bülent Ersoy guya not bilir? Fikir vermişəm, verilişinizə gələnlərə danışmağa imkan vermirsiniz. Sənətkar oxumalıdır, amma qabında olmalıdır. Çalışıram sakit olum, amma sakit ola bilmirəm. İstəmirəm Kamranla aramızda olan pərdə götürülsün”.

Bu çıxışdan sonra Əməkdar artist Mehriban Xanlarova əsəbi vəziyyətdə canlı efiri tərk edib.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …