Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Sözə görə söyülən məşhurlar – “Gedin alın, zəhərlənin!”

Sözə görə söyülən məşhurlar – “Gedin alın, zəhərlənin!”

Cəmiyyətdə öz çəkisi, sanbalı ilə seçilən sənətçilər bəzən ya davranışına, ya da səsləndirdiyi fikirlərə diqqət etmirlər.

Bu gün Əməkdar artist, Xalq artisti titulu olan mədəniyyət adamları çox vaxt adlarına layiq davranmırlar. 

Əksər vaxtlarda isə günahkar jurnalist olur. “Jurnalist ara qatmasa, filankəsi danışdırmasa, belə olmazdı” deyənlər çoxdur.

Hər halda necə danışmaq, hansısa ifadəni işlətmək şəxsin özündən asılıdır…

Yenisabah.az fikirlərini düzgün ifadə etməyib, qalmaqala və tənqidlərə səbəb olan sənət adamlarını təqdim edib:

Əməkdar artist Vasif Məhərrəmli bir neçə ay öncə efirdə aparıcı ilə söhbətində “Dünyanın ən bahalı ətirini vururam” kəlməsi ilə ətrafında söz-söhbətlərə səbəb olmuşdu:

“Çirkin insan yoxdur, gərək özünə baxasan. “Kişidən mazut iyi gələr” deyimi ilə qətiyyən razı deyiləm. Qardaş, niyə mazut iyi gəlməlidir? Mən dünyanın ən bahalı ətirini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram”.

Müğənni Nadir Qafarzadə İfaçının bir neçə il əvvəl açıqlamasında dediyi “Akademikin də, mənim də soyuducuma baxın. Soyuducum doludur” sözləri xeyli səs-küy yaratmışdı.

Bu yaxınlarda həmin fikirlərə aydınlıq gətirən Qafarzadə yenidən tənqid olundu. “Nadirin soyuducusu hər zaman doludur. İndi də Mərdəkanda villasında dincəlir. On il də toy olmasa, onun vecinə deyil. Öz gününzə ağlayın” – deyən müğənni cəmiyyətdə yenidən qıcıq yaratdı.

Meyxanaçı Oqtay Kamil bir neçə ay əvvək verilişlərin birində qadınlar haqda qalmaqal yaradacaq sözlər işlətmişdi. Onun “Qadın ev işi üçün yaradılıb. Onlar maşın sürməməlidir. Ev işi qadın, maşın kişi üçündür. Hər kişinin ailəsindən başqa qadın dostu olmalıdır” fikirləri qısa zaman ərzində sosial şəbəkədə yayılaraq heç də birmənalı qarşılanmamışdı. Çoxları onu bu sözlərinə görə sərt tənqi etmişdi.

Xalq artisti Afaq Bəşirqızının bu ilin aprel aylnda canlı yayım zamanı Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlətməsi media gündəmini zəbt etmişdi. Onun telefonda işlətdiyi söyüşlər sosial şəbəkələrdə sürətlə yayılmağa başladı.

Bir müddət sonra isə xanım sənətçinin “rayonlardan gəlib Bakıda “podyez”də şikəst uşaq doğurlar, koronavirus olanda da dövlətdən pul dilənirlər” fikirləri  cəmiyyətdə qalmaqala və narazılığa səbəb oldu.

Müğənni Təranə Qumral bir neçə il əvvəl qızı üçün 720 manata alça alıb və bunu sosial şəbəkədə paylaşdıqdan sonra tənqidlərdən sonra sosial şəbəkədə xalqı təhqir etmişdi:

“Az özünüzü dilənçi kimi aparın. Ay nə bilim hamilədir, xəstədir… Hamınızın imkanı da var, geyimi də. Hər yerdə 10 manata alça var. Ayıb olsun. Gedin alın, zəhərlənin.”

Müğənni Elnarə Xəlilovanın pandemiya vaxtı həkimlər haqda işlətdiyi ifadələr böyük qalmaqala səbəb oldu.

İzləyicilərindən brinin müğənninin paylaşımına irad bildirməsi E.Xəlilovanın bütün həkimləri tənqid və ittiham etməsi ilə nəticələndi.

“Səviyyəsiz də varsan! Axmağın biri axmaq. Həkimin canı da çıxmalıdır, baxmalıdır xəstəyə” deyə müğənni reaksiya verib, təhqiramiz ifadələr işlədən müğənni daha sonra bu sözləri yazmadığını açıqladı.

Xanım sənətçi gecə profilinin oğurlandığını, onun adından həm həkimlərə, həm də digər şəxslərə tənqidi fikirlər yazıldığını bildirdi

“Hər şey daxil” verilişində Əməkdar artist Elza Seyidcahan söyüş söymüşdü. Opponenti Mətanət Əsadova Elza Seyidcahanla ağız-ağıza verdiyi üçün tamaşaçılar “söyüş şou”nun şahidi olmuşdular.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …