Şənbə , Fevral 24 2024
Ana səhifə / Şou Biznes / Şou-biznesin qalmaqalları: “Sən kişi deyilsən”, “Sevgilimi əlimdən alıb”

Şou-biznesin qalmaqalları: “Sən kişi deyilsən”, “Sevgilimi əlimdən alıb”

Şou-biznesi qalmaqalsız düşünmək mümkün deyil. Son günlər də maqazin gündəmi qalmaqalla  boldur. Ilk olaraq müzakirələrə səbəb olan müğənni Damlanın “Porsche” avtomobilinin sevgilisi tərəfindən əlindən alınması idi. Maqazin mətbuatının diqqətini çəkən olayı müğənni təkzib etdi. O, bildirdi ki, nə evli sevgilisi, nə də “Porsche” avtomobili var.

Növbəti qalmaqal aktrisa Cəmilə Tağızadə ilə bağlı oldu. Yeni ailə quran aktrisanın həyat yoldaşının keçmiş xanımı cütlük haqqında müxtəlif ittihamlar irəli sürdü. Cəmilə isə sözügedən qadın tərəfindən şantaj olunduğunu qeyd edərək məsələyə aydınlıq gətirdi.

Bayağılıq qalmaqalı da son günlərin müzakirə mövzusudur. Rejissor Şeyx Əbdül ilə Elməddin Cəfərov arasında yaşandı. “Kino və teatrı Elməddindən xilas etmək lazımdır” deyən rejissora isə aktyor sərt cavab verməkdən imtina etdi. O, rejissorun ağsaqqallığına hörmət etdiyini bildirdi.

Növbəti bayağılıq qalmaqalı İlkin Həsəni ilə rejissor Elşən Məmmədovla baş verdi. Rejissor “Bozbaş Pictures” komandasını bayağılıqda ittiham etdi. İlkin Həsəni isə onu cavabsız qoymaraq insanların komandanı sevdiyini bildirdi.

Ötən həftənin maraqlı hadisələrindən biri də “O səs Türkiyə” mahnı müsabiqəsi ilə “Maşın”şounun başlaması oldu.

Belə ki, şənbə günü başlayan “O səs Türkiyə”də Azərbaycanlı iştirakçılar da çıxış edib. Adil Baxışlı adlı həmyerlimiz Hadisə ilə Gökhanı özünə tərəf döndərə bildi və onu komandasında daha çox görmək istəyən Hadisəni seçdi.

Müsabiqənin növbəti buraxılışında Pərvin Səfərov adlı iştirakçı öz çıxışı ilə Türkiyə və Azərbaycan tamaşaçısını özünə valeh etdi. “Nazəndə sevgilim” mahnısını oxuyan ifaçıya Yıldız Tilbenin dönməməsi qardaş ölkə mətbuatı sərt reaksiya göstərdi. Tilbenin çoban olan Səfərova “Səsin gözəldir. Amma sən türkcə yaxşı oxumadın. Ona görə səni seçmədim” sözləri isə tamaşaçıları qəzəbləndirib.

Qalmaqalsız ötüşməyən “Maşın” şou tamaşaçısı  ilk olaraq müğənni Vüqar Muradov ilə aktrisa Mehriban Xanlarovanın mübahisəsinə şahid oldu. Səs verməyə çıxan aktrisa oyundan 9 kişi iştirakçıdan birini  uzaqlaşdıracağını  deyib: “Mən də bir kişiyəm. Buradakı 9 kişi ilə kişi kimi döyüşəcəyəm. Amma oyundan kimi çıxaracağımı deməyəcəm”.

Realiti-şounun digər qadın iştirakçıları aktrisaya dəstək olublar. Günel Ələkbərova “Sən gözəl aktrisasan, kişi deyilsən. İzləyicilərimdən səs istəyirəm” deyib. Sonda 52 faiz səs toplayan Xanlarova oyundan Vüqar Muradovu uzaqlaşdırıb.

Əməkdar artist Abbas Bağırov ilə prodüser Sultan arasında yaşanan qalmaqal son günlər maqazin gündəmini zəbt edib. Sultan Abbas Bağırov haqqında şok iddia irəli sürüb: “Bunu balaca uşaq da bilir ki, Abbas Bağırov AST Telmanın hesabına varlanıb. Onun evləri, avtomobilləri 4 obyekti, 2 restoranı, milyon dollarlıq studiyası var. Abbas yaxşı insan deyil. Mənim sevgilimi məndən ayırdı. Qızın adı Zəhra idi, özü də tanınmış iş adamının qızıdır. O zaman qız model idi və mənim layihəmdə çalışırdı. Abbas qızla tanış oldu və ona şərt qoydu ki, ya o layihə, ya mən … Abbas açıqlama versə mən daha ətraflı danışacağam”.

 

 

Həmçinin oxuyun

“Cəmi 2 ay ailəli olmuşam, məni döyürdü” – Əməkdar artist

“Cəmi iki ay ailəli olmuşam. Toydan 2 ay sonra ayrıldım”. Bu sözləri Əməkdar artist Sevinc …