Ana səhifə / Şou Biznes / Şou-biznesdə “Diva” davası – Samir danışdı

Şou-biznesdə “Diva” davası – Samir danışdı

Müğənni Samir Bağırov “Diva” titulunun yeni sahibinin Səmra Rəhimlinin olması barədə yazdığı şərhə aydınlıq gətirib.  Sənətçi “Qafqazinfo”ya açıqlamasında gənc ifaçını ruhlandırmaq üçün belə addım atdığını qeyd edib:

“Potensialının olduğuna əmin olduğum yeganə gənc və gözəl xanımdır. Bu şərhim məhz onu bu yolda ruhlandırmaq və hər zaman ona olan dəstəyimi bildirmək üçün idi. Hazırda illərdir dostum olan Aygün Kazımovanın şou -biznesin divası olduğunu hər kəs bilir. Onun yeri əvəzolunmaz, doldurulmaz və dəyərlidir. Bu yazılanlar isə sadəcə əsassızdır”.

Qeyd edək ki, Bağırovun Səmranın instaqram səhifəsində yazdığı “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” rəyi müzakirələrə səbəb olmuşdu.

Həmçinin oxuyun

Azərbaycanlı biznesmenlər Üzeyiri Moskvada döyüb? – AÇIQLAMA

Müğənni Üzeyir Mehdizadə Moskvada Rəqsanə İsmayılovanın restoranında köməkçisi ilə birlikdə döyülməsi xəbərinə münasibət bildirib. Müğənni …