Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Sosial şəbəkələrdə indi də “Mir Mövsüm ağa fəxri mükafatı” verilir – VİDEO

Sosial şəbəkələrdə indi də “Mir Mövsüm ağa fəxri mükafatı” verilir – VİDEO

Seyid vəsiqəsinin ardınca “Mir Mövsüm ağa fəxri mükafatı” laureatı təsis olunub. Bir nəfərin ağa diplomu alması barədə sosial şəbəkələrdə şəkillər yayılıb. Diplomun hazırlanmasında Mir Mövsüm Ağa ziyarətgahının adından istifadə olunub. Belə ki, “Rəhimli və Mərhəmətli Allahın adı ilə” başlayan diplomun üzərində şəxsin, “Mir Mövsüm ağa fəxri mükafatı” laureatıçısı olduğu qırmızı hərflərlə yazılıb.

Bir neçə gün əvvəl Elnur Tağıyevin, qazinin imzası ilə seyidlik vəsiqəsi alması barədə xəbərin ictimailəşməsi, görünür, şəkili yayanları təşvişə salıb. Çünki diplom sahibinin adı və soyadı xüsusi incəliklə gizlədilib.

Faktın arxasınca Mir Mövsüm Ağa ziyarətgahına yollandıq. Məlum oldu ki, belə bir laureatdan söhbət gedə bilməz. Fəaliyyət dairələrini genişləndirmək üçün kimlərsə ziyarətgahın adından sui-istifadə ediblər.

İlahiyyatçı Elsevər Səmədov belə bir təşəbbüsün şəriət qaydalarına uyğun olmadığını bildirir.

Laureat sözü olduğuna görə görünür diplom hansısa müsabiqə əsasında tərtib olunub. Ancaq müsabiqənin kimlər tərəfindən və hansı şərtlərlə təşkil olunması barədə məlumat yoxdur.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın