Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Sosial şəbəkədə tənqid olundu – Burakla görüş 400 manata qalxdı

Sosial şəbəkədə tənqid olundu – Burakla görüş 400 manata qalxdı

Bir neçə gündür sosial şəbəkələrdə “Kardeşim benim 2” filminin qala gecəsinə satılan biletlərin qiyməti müzakirə olunur. Belə ki, aktyorla birgə “Park Cinema Flame Towers”in IMAX zalında bilet – 70 AZN, adi zal – 50 AZN, adi zal, iki nəfərlik oturacaq  isı 110 AZN təşkil edirdi.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, filmlə bağlı qiymətlər fantastik həddə çatıb. Tamaşaçılar Burak Özçivit başda olmaqla aktyorları daha yaxından görmək üçün 400 manat ödəməlidir. Onlar aktyorların oturduğu sıradan yuxarıda yer alacaqlar.

Eyni zamanda, aktyorlarla IMAX zalı və kokteyl partiyə giriş 200 AZN-dir.

Qeyd edək ki, “Kardeşim benim 2” filminin premyerası ilə bağlı ilkin qiymətlər sosial şəbəkələrdə tənqid olunmuşdu.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …