Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Son çəkiliş: Speys TV bu verilişi niyə yayımdan qaldırdı? – Video

Son çəkiliş: Speys TV bu verilişi niyə yayımdan qaldırdı? – Video

Bu il yanvarın 10-da vəfat edən tanınmış aşıq Vüqar Mahmudoğlunun qonaq olduğu son verilişin videosu üzə çıxıb.

Kult.az xəbər verir ki, Aşıq Vüqar Speys TV-də yayımlanan “Yerimdəyəm” verilişində yanvarın 6-da qonaq olub. Çingiz Əhmədovun aparıcılığı ilə kifayət qədər yüksək peşəkarlıqla çəkilən və montaj edilərək efirə hazırlanan veriliş isə son anda yayımdan qaldırılıb.

Belə ki, verilişin 10 yanvarda efirə getməsi nəzərdə tutulubmuş. Ancaq 7 yanvarda infarkt diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən və iki gün reanimasiyada qalandan sonra dünyasını dəyişən Aşıq Vüqarın dəfn gününə düşdüyü üçün Speys TV şən və yumorla dolu verilişin efirə getməsini məsləhət bilməyib.

Ailəsindən verilən məlumata görə, 10 yanvarda verilişin prodüseri telefon açaraq, yayım razılığı istəyib. Ailəsinin də razı olmadığı səbəbindən veriliş yayımdan qaldırılıb.

Aşığın vəfatından bir müddət sonra isə Speys TV ailəsinin xahişi ilə sözügedən verilişin videosunu onlara təqdim edib.

Veriliş zamanı Aşıq Vüqar Mahmudoğlu sənət haqqında fikirlərini, bilgilərini bölüşüb və sevilən ifalarını səsləndirib.

Qeyd edək ki, Aşıq Vüqar Mahmudoğlu 1970-ci il noyabrın 3-də Şamaxıda anadan olub. Şirvan aşıq mühitinin ustadlarından olan Aşıq Mahmud Ələsgəroğlunun ilk övladı idi.

Şamaxı Musiqi Kollecini (qarmon sinfi) və Azərbaycan Dövlət İncəsənət Universitetini bitirmişdi. 2002-ci ildən – atasının vaxtsız vəfatından sonra onun sazını yaşadırdı.

Vüqar Mahmudoğlu 7 yanvar 2018-ci ildə infarkt diaqnozu ilə Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi. Yanvarın 10-da hospitalda dünyasını dəyişdi.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …