Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Solaxaylarlar bağlı qəribə İNANCLAR

Solaxaylarlar bağlı qəribə İNANCLAR

Dünyada 500 milyona yaxın solaxay yaşayır və onların əksəriyyətini kişilər təşkil edir.

Solaxaylar tarixən xoşagəlməzliklərlə üzləşiblər. Orta əsrlərdə onlar iblis əməli hesab edilirdi. Xaçpərəstlər isə solaxayların şər qüvvələrlə əlaqəli olduğuna inanırdılar.
Modern.az solaxaylarla bağlı yaranan fikirləri təqdim edir.

Eskimoslar arasında olan hər solaxay şəxs potensial cadugər (sehrbaz) hesab edilir.

Mərakeşdə solaxayları “şeytan” adlandırırlar. İnklərə görə solaxaylar təbiblik və sehr, cadu etmək qabiliyyətinə malik insanlardır.

Şimali Amerika xalqlarından Zudlar solaxaylığı uğur əlaməti hesab edirlər.

Səudiyyə Ərəbistan kimi İslam ölkələrində isə sol əli nümayişkaranə göstərmək qanuna zidd sayılır.

Müasir dövrümüzdə də solaxaylara münasibət birmənalı deyil. Məsələn, Yaponiyada ər arvadının solaxay olduğunu bilərsə, onu boşaya bilər.

Nyu-Yorkun Sent-Lourens Universitetinin keçirdiyi təcrübələrə əsasən, deyə bilərik ki, solaxaylar arasında əqli inkişaf, sağ əldən və ayaqdan istifadə edənlərə nisbətən 140 dəfə çoxdur.

40 yaşdan yuxarı ana olan qadınlarda dünyaya solaxay uşaq gətirmə ehtimalı, 20 yaşda ana olan qadınlardan 128 dəfə çoxdur. Eyni zamanda da yarımçıq doğulmuş uşaqların solaxay olmaq ehtimalı daha yüksəkdir.

Bəzi alimlər isə hesab edirlər ki, solaxayların əvvəlcədən ana bətnində əkizi olur və hansı ki, sağ qalmır. Bu fenomen “yoxa çıxmış körpə” adlandırılır. Qeyd edək ki, dünya məşhurları arasında da yetərincə solaxaylar olub: Bill Qeyts, Fidel Kastro, Çarli Çaplin, Leonardo da Vinçi, Mikelancelo, Yuli Sezar, Motsart, Bethoven, Mark Tven, Höte və başqaları.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın