Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / SOCAR itkin düşənlərlə bağlı məlumat yaydı

SOCAR itkin düşənlərlə bağlı məlumat yaydı

SOCAR-ın “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın sabahadək söndürüləcək.

APA-nın məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov faciə ilə bağlı təşkil olunan operativ brifinqdə bildirib.

“Saat 17:00-a olan məlumata görə, bütün cəhdlərə baxmayaraq, itkin düşən 29 nəfəri tapmaq mümkün olmayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin və “Gənclik” İdarəsinin gəmiləri və vertolyotları axtarışları davam etdirir”, – o bildirib.

Baş mühəndis bildirib ki, platformada yanğının söndürülməsi üçün əlavə qüvvələr cəlb olunub. “Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus gəmi sahəyə gətirilib. “Gəminin üzərinə əlavə texnika qurulub. Artıq mütəxəssislərimiz özülün üzərinə qalxa bilib və hadisəni qiymətləndirirlər. Bundan başqa, müvafiq iş planı hazırlanıb. Texnika yüksək təzyiqli su ilə təmin olunur. Bu gecə və ya sabaha qədər yanğını söndürmək mümkün olacaq”, – o qeyd edib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın