Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / SOCAR-ın vitse-prezidentindən etiraz: “Siyasi oyunbazlıq etməyin”

SOCAR-ın vitse-prezidentindən etiraz: “Siyasi oyunbazlıq etməyin”

“Sosial şəbəkələrdə bəzi müzakirələr aparılır. Hadisə barədə tam məlumatsız olan qeyri-peşəkar insanlar müxtəlif statuslar yazır. Anlamırlar ki, söhbət yaxınını itirmiş insanlardan gedir. Bu, siyasi oyun deyil, burada siyasi oyunbazlıq etmək olmaz”.

Virtualaz.org saytının müxbiri xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov “Günəşli” neft platformasında baş vermiş qəza ilə bağlı yaradılan operativ qərargahın növbəti mətbuat konfransında deyib.

Daha sonra isə “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərov jurnalistlərə açıqlamasında yanğının gedişi, fəsadları və xilasetmə işlərinin hazırkı gedişi barədə ətraflı məlumat verdi: “Bu gün orada 5 yanğınsöndürmə gəmisi işləyir. Çalışırıq ki, yanan 4 qaz quyusunda alovu ram edək. Küləkli havada gəmilərin işi çətinləşdiyindən özüldə su təminatı saxlamağa çalışırıq ki, gəmilərin işinə dəstək olaq. Axtarış işlərinə gəlincə isə FHN-in 4 helikopteri, eyni zamanda Sərhəd Qoşunlarının helikopterləri axtarışı davam etdirir. Ümidimizi itirmirik, çalışırıq ki, itkin düşən bütün neftçilərimizi tapaq. İtkin düşənlərin tapılmasına vaxt qoymaq olmaz. Havanın küləkli olması dənizdə boğulanları müxtəlif istiqamətlərə apara bilər. Çalışırıq ki, bütün istiqamətlər üzrə axtarış aparaq. Dəqiq vaxt təyin etmək olmaz ki, axtarış işləri bir həftəyə yekunlaşacaq, yoxsa nə vaxt”.

Xaliq Məmmədov isə əlavə etdi ki, itkin düşənlərin ölmüş olması barədə qərarı məhkəmə verir: “Biz son işçimizi tapana qədər axtarışların uğurlu nəticələnəcəyinə ümidliyik”.

Xəzəryanı ölkələrə yardımla bağlı göndərilən müraciətlərə gəlincə isə Xaliq Məmmədov bunun da hələ ki, nəticəsiz olduğunu dedi.

SOCAR rəsmisi qəzada xəsarət alan işçilərin işə bərpasından da danışdı: “O işçilərin müalicə prosesi gedir və bu proses davam etdiriləcək. Müalicə bitəndən sonra tibbi müəssisə qərar verir ki, tam sağlamdır və işə çıxa bilər, ya yox. Ağır yaralanmış və əlil olmuş işçilərə isə sağlamlıq sığortasına uyğun müavinət veriləcək”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın