Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / SOCAR-ın montyoru çürük elektrik dirəyindən yıxılıb xəstəxanalıq oldu

SOCAR-ın montyoru çürük elektrik dirəyindən yıxılıb xəstəxanalıq oldu

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyi Ə.Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin elektriki iş yerində ağır yaralanıb.

Bu barədə virtualaz.org-a hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, ağır yaralanan 1985-ci il təvəllüdlü Əsədov İntiqam Əsəd oğlu hazırda Neftçilər xəstəxanasındadır.

Hadisə yanvarın 7-də, Lökbatanda 2-ci mədəndə baş verib. Belə ki, o, tapşırığa əsasən 10-12 metrlik elektrik dirəyinin üstündəki elektrik xətlərinin bir tərəfində olan 4 xətti kəsib. Dirək çürümüş olduğundan o biri tərəfdəki 4 xətt dirəyi çəkib aşırıb.

Hüquq müdafiəçisi iddia edir ki, hadisəni istehsalatla əlaqələndirməməyə çalışır və ailəsinə təzyiq edirlər.

Qeyd edək ki, işçinin iki övladı var.

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın