Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Slavyan Universitetində kolxoz qaydaları ilə imtahan sessiyası keçirirlər” – Etibar Əliyev

“Slavyan Universitetində kolxoz qaydaları ilə imtahan sessiyası keçirirlər” – Etibar Əliyev

Tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev gündəmin ən aktual mövzusuna çevrilmiş olay – Milli Qəhrəmanın Bakı Slavyan Universitetinin rektoru tərəfindən qəbul olunmaması barədə sualları cavablandırıb:

– Etibar müəllim, Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva tərəfindən qəbul olunmaması geniş rezonansa səbəb olub. Məsələyə münasibətinizi bilmək istərdik.

– Bununla bağlı saytlarda dərc olunan məlumatla tanışam. Nurlana Əliyeva nəinki Milli Qəhrəmana, milli mənəvi dəyərlərimizə də hörmət etməyən bir insandır. Gözəl mozaikanın sökülməsini, onun dövlət tədbirini boykot etməsini misal çəkmək olar. Ölkədə universitet islahatları aparılır. Bunu artıq tələbələr də bilir. Bu xanım isə hələ də bundan xəbərsizdir. Slavyan Universitetində kolxoz qaydaları ilə imtahan sessiyası keçirirlər. Yəqin onun başı yeni icad etdiyi kolxoz-sessiya modelinə qarışdığı üçün Milli Qəhrəmanın gəlişini hiss etməyib. Elə ona görə də erməni səngərini igidliklə aşan Məhəmməd Həsənov Slavyan Universitetinin turniketini aşa bilmədi.

– Siz bir sıra universitetlərdə yaradılmış İctimai Şuraların işində aktiv iştirak edirsiniz. Slavyan Universitetində ictimaiyyətin nümayəndələri imtahan sessiyasının izlənməsi üçün dəvət olunubmu?

– Milli Qəhrəmanı qapıdan qovan rektor İctimai Nəzarət Şurası barədə düşünə bilərmi? Nurlana xanım imtahanları “pole-çudes” formasında aparır. Səhər tezdən 40-50 müəllimi universitetə çağırırlar ki, imtahana nəzarət edəcəklər, sonra onların arasından 5-10 nəfəri seçib həmin gundə keçirilən imtahan prosesinə cəlb edirlər. Digərlərinə isə deyirlər ki, gedə bilərsiniz. İmtahanlar kollecdən gətirilən dekan müavinlərinin nəzarətinə verilib. Sessiyanı onlar “idarə edirlər”. Belə bir etimadsızlıq mühiti yaradılıb.

– Mili Qəhrəman təhsil naziri Mikayil Cabbarova şikayət edəcəyini bildirib. Sizcə bunun nəticəsi olacaqmı?

– Təhsil Nazirliyinin kollegiyası Nurlana xanıma yol verdiyi ciddi nöqsanlara görə xəbərdarlıq edib. Ancaq hiss olunur ki, bir xəbərdarlıq azdır. Fürsətdən istifadə edib, bir məsələni də vurğulamaq istəyirəm. Təhsil Nazirliyi Slavyan Universitetində imtahan sessiyasına nəzarət etməlidir. Böyük narazılıqlar var. Bəlkə Təhsil Nazirliyinin əməkdaşları da turniketi keçə bilmirlər? Ancaq çalışıb keçməlidirlər. Kollecdə “ad-san” çıxarmış adamların əməllərinə mütləq nəzarət olunmalıdır. Bir daha vurğulamağı özümə borc bilirəm ki, Slavyan Universiteti bu günə salınmamalı idi. (Moderator.az)

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın