Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “Sizin görməyinizi istədiyim qədərini görürsünüz…” – Pərvin Abıyeva

“Sizin görməyinizi istədiyim qədərini görürsünüz…” – Pərvin Abıyeva

“Bu şəkildə çox gəncəm. Ancaq zirvəyə doğru baxan, həyata böyük ümidləri olan, günün birində ölkədə çox tanınan biri olacağını ağlına belə gətirməyən qız… Hər halda, o vaxtlar desəydilər ki, sən bir neçə ilə aktrisa olacaqsan, ya da başına bu hadisələr gələcək, gülərdim”.

“Yeni Sabah” xəbər verir ki, bunu aktrisa Pərvin Abıyeva sosial media hesabında paylaşım etdiyi fotoya yazıb:

“Çox vaxt filmlər həyatdan götürülüb çəkilir, ya da filmə baxıb, eyni həyatdakı kimidir, deyirik. Amma həyat film deyil. Həyat çətindir, ağırdır. Həyatda “burada alınmadı, növbəti dubl” deyə bilmirik. Bir dəfə yaşayırsan və bitir, növbəti dəfə başına nə gələcəyini bilmirsən: gözəl, ya da pis bir hadisə. Bizdə filmlərdə görmək istədikləri qədərini göstərirlər, real həyatdan götürülən bir ssenari olsa belə, orada hər şeyi olduğu kimi görə bilmirik.

Mən də beləyəm, sizlər mənim sizin görməyinizi istədiyim qədərini görür, tanıyırsınız. Nə yaşadığım, nə hisslər keçirdiyimi, necə biri olduğumu mən bilirəm. Həyatımı müzakirə etməyi heç kimə icazə vermirəm, eləcə də heç kimin həyatını müzakirə etmirəm. Çünki mən də sizləri tanımıram. Həyatda başımıza hər şey gələ bilər, gələcək də. Hər birimiz hər zaman xoşbəxt olacağıq deyə bir hal yoxdur. Sevdiyimiz heç kimi itirməyəcəyik deyə, bir şey yoxdur. Önəmli olan insanlığı itirməyək”.

“Sizin görməyinizi istədiyim qədərini görürsünüz...” - Pərvin Abıyeva

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …