Cümə , Dekabr 4 2020
Ana səhifə / Şou Biznes / “Siz nəyə, hansı dinə qulluq edirsiz?”

“Siz nəyə, hansı dinə qulluq edirsiz?”

Ötən gün aşıq Namiq Fərhadoğlu tərəfindən “Maşın”dan uzaqlaşdırılan müğənni Kərim Abbasov açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, realiti- şounun onlayn səhifəsində paylaşılan videoda Kərim iştirakçıların əksəriyyətini ikiüzlülükdə ittiham edib.

“Onların quyu qazmaqlarını görüb şoka düşürəm ki, insanların neçə siması var? Siz nəyə, hansı dinə qulluq edirsiz? Çalışın bir üzünüz olsun. Amma çətin, gördüyümü gördüm. Dəhşət! Hələ Allaha şükür edirəm ki, birinci mən çıxdım. Bundan sonra qırğınları gözləyin! Xeyirlisi budur”, – deyə Kərim qeyd edib.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …