Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Sizə dost, sirdaş, qardaş və dayaq olmaq üçün gəlmişəm”

“Sizə dost, sirdaş, qardaş və dayaq olmaq üçün gəlmişəm”

Noyabrın birində keçiriləcək olan parlament seçkilərində 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən namizəd olan Emin Babayev Ağsu rayonunda seçiciləri ilə görüşüb.
Avropa.info xəbər verir ki, Ağsu rayonunun Kəndoba kəndində seçicilərlə görüşən E. Babayev onlara seçkilərlə bağlı məlumat verib.
“Əziz seçicilərim! Dəyərli Ağsulular! Hörmətli Kəndobalılar! Qarşıdan 1 noyabr seçki günü gəlir. Sözlərimə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır” sözləri ilə başlamaq istəyirəm. Məhz bu dəyərli sözlər məni bu gün sizlərin qarşısına çıxarıb.
Hər bir insan kimi sizin də həyatdan qoparmaq istədiyiniz və arzuladığınız şeylər var və təbii ki, sizlər üçün də maraqlı olan başınızın üstündə sağlam bir tavanın olması və ən əsası övladlarınızın gələcəyi və xoşbəxtliyidir.
Unutmayın ki, övladlarınızın gələcəyi Azərbaycanımızın gələcəyidir. Buna görə də hər birimiz qanunverici hakimiyyətə öz vəkilimizi seçərkən kimə səs vermək haqqında ciddi düşünməliyik. 1 noyabr seçkilərində öz gələcəyini düşünən və laqeyd olmayan hər kəs fəal iştirak etməlidir.
Bu seçkilərin əvvəlki seçkilərdən əsas fərqi odur ki, bu seçkilər dünyanın iqtisadi və siyasi böhranda olduğu və Azərbaycanımızın bu böhrandan ən az ziyan dəyməklə çıxması üçün gərəkli islahatların aparıldığı dövrə təsadüf edir.
Prezidentimiz cənab İlham Əliyev xalqı eşidir və onun dəstəyini arxasına alaraq gecəsini gündüzünə qatıb bu günlərdə sizlərin gələcəyi üçün necə vuruşursa bizlər də ona eyni inamla dəstək olmalıyıq.
Mən Emin Babayev sizə üz tutaraq bütün ağsuluların vəkili olmaq üçün , sizə dost, sirdaş, qardaş və dayaq olmaq üçün gəlmişəm.
Mənim seçki platformamda yazılanlar havadan gələn vədlər deyil. Platformanı gecə-gündüz ölçüb-biçərək hər sözümə diqqət verərək özüm hazırlamışam. Çünki bu bir vəd deyil, bir sözdür. Mən beş il bundan əvvəl nə fikirləşdiyim, bu gün nə danışdığım kimi beş il bundan sonra da sizin qarşınızda duraraq sözlərimin də arxasında olacağam.
Sizdən yenə də gələcəyinizə səs verməyinizi xahiş edirəm. Gələcək bu günki gənclərindir. Gənc əxlaqlı, savadlı və uzaqgörən insanların yanında olun.
Cənab prezident İlham Əliyevin gənclərə ayırdığı diqqət dəfələrlə onun tərəfindən vurğulanıb. Gənclər cənab prezidentin ətrafında cəmləşməli və onun başçılığı altında gələcəyə addımlamalıdır.
Erimadınız sayəsində mən istər parlamentdəki qanunvericilik fəaliyyətinə, istərsə də regional layihələrin reallaşması üçün yorulmadan çalışmağa tam hazıram və bunu vicdanla edəcəyimə söz verirəm!
Sizdən gəncliyə, onun inkişafına və gələcəyə səs verməyinizi istəyirəm!
Məndən əmin olun!
Hər birinizə hörmət və ehtiramla.
Sizin namizədiniz.
Emin Babayev!”

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın